Maraqlı

Bayden “TikTok” və “WeChat”-ı yenidən açdı

15 İyun 2021 22:01
Baxış: 735
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ Prezidenti Co Bayden sələfi Donald Trampın "TikTok" və "WeChat"ın Amerikada bağlanması haqda fərmanlarını ləğv edib.

Milli.Az ted.az-a istinadən bildirir ki, bu barədə Ağ Evin saytında məlumat yayılıb. Qeyd edilib ki, eyni zamanda həmin tətbiqlərin fəaliyyəti izləniləcək. Bayden ticarət nazirinə dövlət katibi, Pentaqon rəhbəri və kəşfiyyat qurumları ilə koordinasiyalı şəkildə 120 gün ərzində fərdi məlumatların qorunması ilə bağlı tövsiyələrdən ibarət hesabat hazırlanmasını tapşırıb.

Qeyd edək ki, Tramp administrasiyası "TikTok" tətbiqetməsi vasitəsilə amerikalılar haqqında məlumatın Çin səlahiyyətlilərinə ötürüldüyünü iddia edirdi və bu səbəbdən hər iki tətbiqin fəaliyyətini qadağan edən fərman verilmişdi

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.