Maraqlı

Makaron yeyərək arıqlamaq mümkündür

30 May 2021 12:33
Baxış: 1 498
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Makaron yemək çəki artımına yol açmır və hətta insanın arıqlamasına kömək edir.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, kanadalı tədqiqatçılar belə bir nəticəyə gəlib.

Alimlər makaronla qidalan 2500 nəfərin iştirak etdiyi 30 araşdırmanın nəticələrini təhlil edib. Könüllülər həftədə üç dəfə yarım boşqab porsiya makaron yeyib.

Maraqlıdır ki, üç ay davam edən eksperimentdən sonra könüllülər orta hesabla 500 qram arıqlayıb.

Mediklərin sözlərinə görə, makaron məmulatlar balanslaşdırılmış pəhriz ilə qəbul edildikdə çəkinin artmasına və piy qatının yığılmasına yol açmır. Bu sözügedən məhsulun aşağı qlikemik indeksi ilə əlaqədardır.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.