Maraqlı

“Panasonic” təhlükəsiz planşetini təqdim edib

22 May 2021 23:45
Baxış: 830
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yaponiyanın "Panasonic" şirkəti "Toughbook S1" adlı yeni təhlükəsiz planşetini təqdim edib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, 7 düymlük modelin texniki xüsusiyyətləri köhnəlmiş görünə bilər - böyükölçülü çərçivələr, 1280x800 nöqtə təsvir ölçülü displey, "Snapdragon 660" prosessoru və 6/64 QB. Amma "Panasonic Toughbook S1" biznes istifadəçilərinə hədəflənmiş xüsusi planşetdir.

Ekran əlcəklə toxunuşu dəstəkləyir, hətta yağışın altında reaksiya verir. Daxili ştrix-kod skaneri və iki port (USB-A və USB-C) var. "Toughbook S1" planşeti "IP67" və "MIL-STD-810H" standartı üzrə sertifikatlaşdırılıb. Planşet 1,5 metrədək hündürlükdən bərk səthə yerə düşməyə dayanıqlıdır.

"Panasonic Toughbook S1" planşeti "Android 10" əməliyyat sisteminin idarəetməsi altında işləyir, amma 12-ci versiya quraşdırılacaq. Planşetin qiyməti 2499 dollardır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.