Maraqlı

Marsdan vəba gəlir - Qorxunc proqnoz

2 May 2021 14:49
Baxış: 2 859
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Marsdakı orqanizmlər dünyada ölümcül epidemiyalara səbəb ola bilər.

Milli.Az axar.az-a istinadla xəbər verir ki, bu sözləri Marsdan Nümunə Gətirilməsinə qarşı Beynəlxalq Komitənin (ICAMSR) üzvü Gilbert Levin deyib.

Onun sözlərinə görə, Marsdakı mikroorqanizmlər Yerdə dağıdıcı "Mars vəbası" pandemiyasına səbəb ola bilər:

"Marsdan Yerə daş və torpaq nümunələrinin gətirilməsi böyük risklər daşıyır. Nümunələr dünyaya təhlükəsiz qablarda gətirilsə belə, bəzilərinin qabların açılacağı laboratoriyadan sızma ehtimalının yüksək olmasından narahatam".

Qeyd edək ki, NASA-nın Marsa göndərdiyi "Perseverance" roverinin topladığı nümunələrin dünyaya gətirilməsi üçün qurum və Avropa Kosmik Agentliyi (ESA) 2026-cı ildə missiya göndərməyi planlaşdırır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.