Ramazan ayının 7 xüsusi fəziləti
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
O zaman və məkan ki, Uca Allahın adına aid olar - xüsusi əzəmət və məqama malik olar. Kəbəni, Allahın evi adlandırırlar. Ona görə də ora xüsusi əzəmətə və müqəddəsliyə malik olan məkandır.
Ramazan ayı Allaha məxsus olduğu üçün, xüsusi əzəmətə malikdir. Bu ayın fəzilətləri başqa aylardan fərqlənir.
Bu mübarək ayın fəzilətləri ilə tanış olaq:
1. Günahların məhv olduğu aydır. Həzrət Peyğəmbər (s) buyurur: "Ramazan ayı ona görə belə adlandırılmışdır ki, günahları yandırar".
2. Atəşdən nicat ayıdır. Peyğəmbər (s) buyurur ki, Ramazan ayı elə aydır ki, əvvəli - rəhmət, ortası - bağışlanma və sonu -cəhənnəm atəşindən nicatdır. İmam Sadiq (ə) buyurur ki, bu ayın hər gecəsində cəhənnəmdən günahkar bəndələr nicat taparlar.
3. Behiştin qapılarının açıldığı aydır. Həzrət Peyğəmbər (s) buyurur: "Ramazan ayının hilalı görünən zaman səmanın qapıları, behiştin qapıları, rəhmət qapıları açılar. Cəhənnəmin qapıları bağlanar".
4. Şeytanların (lən) əsir olduğu aydır. Peyğəmbər (s) buyurur: "Allah qovulmuş hər şeytana 7 mələyi hakim edər və o şeytanlar azad olmaz o zamana qədər ki, sizin ayınız sona çatar".
5. Duaların yerinə yetdiyi aydır. Həzrət Peyğəmbər (s) buyurur: "Səmanın qapıları o ayın ilk gecəsindən açılar. Agah olun ki, dua bu ayda yerinə yetər". (Tebyan)
Əmirəl-möminin (ə) buyurur: "Ramazan ayında çoxlu dua və istiğfar edin. Dua - bəlanı sizdən uzaqlaşdırar və bağışlanma istəmək - günahlarınızı pak edər".
6. Qədr gecəsi bu aydadır. Bu ayın müqəddəsliyi üçün elə bu kifayətdir ki, Quran bu ayda, Qədr gecəsində nazil olmuşdur. Qədr gecəsi elə bir gecədir ki, mələklər yerə enər və insanların bir illik taleyi həll olar. Onların bir il boyunca başlarına gələcək hadisələrdən tutmuş, ruzilərinə qədər hər bir şeyləri təyin və tənzim olunar.
Bu gecə - böyük gecədir və Quranın da buyurduğu kimi, min gecədən daha üstündür. Belə bir əzəmətə malik olan gecə məhz Ramazan ayında qərar tutmuş və onun fəzilətini daha da artırmışdır.
7. Səma Kitabları bu ayda nazil olub. İmam Sadiq (ə) buyurur: "Tövrat, Ramazan ayından 6 gecə keçəndən sonra nazil olmuşdur. İncil, Ramazan ayından 12 gecə keçəndən sonra nazil olmuşdur. Zəbur, Ramazan ayının 18-ci gecəsində nazil olmuşdur. Quran isə Qədr gecəsində nazil olmuşdur".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Toyda bu dəfə robot qol qaldırıb oynadı - (Video)
-
Tatarıstana PUA hücumu: Ölənlər və yaralananlar var
-
Mbappe ən yaxşı gənc futbolçunun adını açıqladı
-
Bu ərazilər qazsız qalacaq
-
Arda Turanın 7,5 milyon dollarını "yeyən" qadın yenidən məhkəmədə - 102 il...
-
İndoneziyada 241 sərnişini olan gəmi yoxa çıxdı
-
Türk bayrağına tüpürən turistə bu cəza veriləcək
-
Bu küçələrə giriş bağlandı
-
Rusiyada bu hava limanları bağlandı
-
"Zirə" "Qarabağ"a qarşı
-
Rəşad Dağlının qızı ilə Orxan Lökbatanlının dueti maraq yaratdı - (Video)
-
- Sürücülərin diqqətinə: Bu prospektdə təmir aparılacaq
-
Azərin anasını belə təbrik etdi - (Video)
-
“Kirayə götürmüşük” dediyi qızıllar odunluqdan çıxdı - (Video)
-
Orada Putinlə Zelenski arasında görüş qeyri-mümkündür - Peskov
-
İsmayıllıda qəza - Ölən var
-
Azərbaycanlı aktyor qızı ilə - (Foto)
-
“Real” Madrid derbisində darmadağınla qalib gəldi
-
Qoz yağının faydaları - necə istehlak edilməlidir?
-
Astarada ilk kivi yığımı başladı - (Video)
-
Azərbaycanlı məşhurların arxiv görüntüləri müzakirə yaratdı - Ən çox kim dəyişib? - (Fotolar)
-
Türkiyə mətbəxindən haydari resepti
-
Xərçəng riskini artıran çay və ya qəhvənin özü deyilmiş: Əsl təhlükə budur
-
Özünü sizdən ağıllı hesab edənlərin işlətdiyi cümlələr





