Maraqlı

Çinli dələduzlar külli miqdarda gəlir əldə ediblər

8 Aprel 2021 22:55
Baxış: 876

Bu ilin yanvar ayında Şanxay prokurorluğu insanların üzlərinin təyini sistemi ilə baş vermiş dələduzluğu reallaşdırmış 2 çinli vətəndaşı günahlandırmışdı. Onların adları açıqlanmasa da soyadları məlumdur. Birinin soyadı Wu, digərinin soyadı isə Zhou-dur. Verilmiş məlumata əsasən həmin 2 şəxs 2018-ci ildən vergi xidmətinin şəxsiyyətin yoxlanılması sistemini aldadıb və saxta vergi fakturaları yaradıblar. Bu barədə South China Morning Post saytı xəbər verib. İnsanların üzlərinin skan sistemini aldatmaq üçün çinli dələduzlar Çində yayılmış online qara bazarda yüksək keyfiyyətdə olan insan fotolarını və saxta şəxsi məlumatları alırdılar. Bütün bunların qiyməti 5$-38$ təşkil edir.

Hack prosesi üçün nəzərdə tutulmuş servislər bu cür məlumatları yığan özəl və dövlət sistemlərinin öhdələrindən asanlıqla gəlirlər. Nəticədə çinli dələduzlar əldə edilmiş fotoları deepfake tətbiqlər vasitəsilə emal ediblər. Qeyd etmək lazımdır ki, bu cür tətbiqlər adi fotoları canlandıra bilirlər. Belə ki, fotolardakı üzləri hərəkət etdirərək onlardan videolar hazırlayırlar. Bu cür tətbiqləri pulsuz şəkildə rahatlıqla yükləmək mümkündür. Növbəti mərhələdə dələduzlar sistemi hack edilmiş xüsusi smartfonlar alıblar. İnsan üzünün skan olunması zamanı bu cür smartfonların ön kameraları işə düşmürlər.

Bu üsul ilə dələduzlar saxta şirkəti qeydiyyatdan keçirdiblər və həmin şirkət öz müştərilərinə saxta vergi fakturaları təqdim edib. 2 il ərzində dələduzlar bu üsul vasitəsilə 76.2 milyon dollar vəsait qazanıblar. Qeyd etmək lazımdır ki, biometrik skan üsulları Çində çox geniş yayılıb. İnsanlar onların vasitəsilə alış-verişlərini, ödənişlərini təsdiq edirlər. 1 may tarixindən Çində yeni qanun qüvvəyə minəcək və həmin qanun özəl məlumatların aşırı dərəcədə yığılmasını məhdudlaşdıracaq. Hökumət artıq 39 kateqoriyadan olan tətbiqlər üçün lazım olan minimal məlumatlar siyahısını tərtib edib. Məsələn online mağazalar və məhsulların çatdırılması servisləri üçün istifadəçinin telefon nömrəsi, adı, ünvanı və ödəniş rekvizitləri kifayət edəcək.

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.