Zukerberqin də şəxsi məlumatları oğurlanıb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Hakerlərin "Facebook"da şəxsi məlumatlarını oğurladığı istifadəçilər arasında "Facebook"un qurucusu Mark Zukerberq də var.
Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə "New York Post" qəzeti məlumat yayıb.
"Facebook"da şəxsi məlumatları oğurlanan 533 milyon istifadəçi ilə bərabər M. Zukerberqin də telefon nömrəsi xüsusi haker platformasında yer alıb.
"Twitter" istifadəçilərindən biri buna diqqət çəkib və telefon nömrəsinin fotosunu paylaşıb.
Qeyd edək ki, "Facebook"un 533 milyon istifadəçisinin şəxsi məlumatları oğurlanaraq xüsusi haker platformasında satışa çıxarılıb. ABŞ-dan 32 milyon, Böyük Britaniyadan 11 milyon, Türkiyədən 19 milyon, Hindistandan 6 milyon istifadəçinin məlumatları da oğurlanıb. Şəxsi məlumatları oğurlanan istifadəçilər dünyanın 106 müxtəlif ölkəsindəndir. Azərbaycandan olan 99 472 "Facebook" istifadəçisinin də şəxsi məlumatları oğurlanaraq satışa çıxarılıb. Şəxsi məlumatlar arasında istifadəçilərin bioqrafiyası, doğum tarixi, mobil telefon nömrəsi, e-mail ünvanları və digər məlumatlar var.
Məsələyə münasibət bildirən "Facebook" şirkəti məlumatların 2 il əvvəl təhlükəsizlik boşluğunun olduğu bir vaxtda oğurlandığını və köhnəldiyini qeyd edib. Lakin mütəxəssislər hələ də bir çox istifadəçinin şəxsi məlumatlarının dəyişmədiyini və bu səbəbdən də oğurlanan məlumatların bir sıra təhlükəsizlik problemlərinə səbəb ola biləcəyini qeyd edirlər.
Xatırladaq ki, "Facebook" şirkəti və eyni adlı sosial şəbəkənin əsası 2004-cü M. Zukerberq tərəfindən qoyulub. Şirkətin baş ofisi Kaliforniyada yerləşir. "Facebook" şirkəti həm də "WhatsApp," "Messenger" və "Instagram"ın sahibidir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Sankt-Peterburqda Miller malikanəsində güclü yanğın baş verib - (Video)
-
Moskva vilayətində kimya zavodunda güclü partlayış - ölən və yaralananlar var - (Video)
-
Quzu əti bahalaşdı - (Video)
-
“Ölümdən qorxmasam da, xəstəliklə ölməkdən qorxuram”
-
Ronaldunu cəza gözləyir: Uzaqlaşdırılma və pul cəriməsi...
-
Nəriman Axundzadənin 10 ay sonra vurduğu qol - (Video)
XƏBƏR LENTİ
-
İnam Kərimov: "Süni intellekt heç bir halda hakimi əvəz edə bilməz"
-
“Mənim hesabıma milyonlar yedi" - Tacirdən müəlliminin qarğışına cavab
-
“Rusiyada olan məhvetmə vasitələri heç kimdə yoxdur” - Putin
-
Sankt-Peterburqda Miller malikanəsində güclü yanğın baş verib - (Video)
-
Moskva vilayətində kimya zavodunda güclü partlayış - ölən və yaralananlar var - (Video)
-
Qəhvəni bu saatda için
-
Quzu əti bahalaşdı - (Video)
-
Ayxan Abbasov: "Günahkar axtarmayacağıq, məsuliyyət məndədir"
-
Coratda qadın qətlə yetirilib, əri şübhəli bilinir
-
Azərbaycan-Aİ münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub - (Foto)
-
Messi İspaniyada klub aldı
-
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
-
Masallıda şagird kimyəvi məhluldan xəsarət aldı: Araşdırma aparılır
-
Murad Axundov iki həftə sonra vəzifəsindən ayrıldı
-
Bu yol sabahdan bağlı olacaq
-
“STB” Pop qrupunun “Yaşayır İnsan” mahnısına çəkilmiş klipi təqdim olunub - (Video)
-
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet alışında yeni qayda tətbiq edilir
-
Göz quruluğunun səbəbi bəlli oldu
-
Daha bir toyda kütləvi zəhərlənmə olub
-
Bakının ən bahalı ünvanları: qiymətlər
-
Əməkdar artist Arzu Əliyevanın yeni işi
-
Ronaldudan sonra Portuqaliyanın yeni "7 nömrə"si - (Foto)
-
«Bulqakovun musiqi dünyası» adlı teatrlaşdırılmış konsert keçirilib - (Foto)
-
Azərbaycanın “Avroviziya 2027”də iştirakı ilə bağlı qərar





