Toyota Yaris Cross Avropada iki yeni versiyada təklif ediləıcək - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Keçən ilin yazında təqdim olunan yığcam Toyota Yaris Cross krossoveri artıq Yaponiyada istehsal olunur və satılır. Ancaq Avropadakı alıcılar hələ də yeni krossoveri gözləyirlər. Yaris hetçbekinin istehsal olunduğu Fransadakı zavodda krossoverin buraxılışına hələlik başlanılmayıb: avtomobilə sifarişlərin qəbuluna aprel ayında başlanacaqdır, satışların isə sentyabr ayında başlanması planlaşdırılır. Buna baxmayaraq, Toyota şirkətinin Avropa filialı Yaris Cross modelinin iki yeni versiyasını təqdim edib.
Milli.Az autograph.az-a istinadən bildirir ki, birinci versiya Toyota Yaris Cross Adventure modelidir. Bu krossover baza modelindən bamperdəki qara plastikdən əlavələr, altlığın əlavə müdafiəsi, damdakı reylinqlər və 18-düymlük qara təkər diskləri ilə fərqlənir. İnteryer tərtibatı da, gümüş və ya qızıl rəngli (kuzov rəngindən asılı olaraq) kiçik plastik əlavələr istisna olmaqla, qara rəngdədir.
İkinci seçim Premier Edition adlanır və satışların başlanmasından sonra bir il müddətində sifariş üçün əlçatan olacaqdır. Premier Edition versiyası Adventure versiyasından ciddi fərqlənmir - iki modifikasiya arasındakı fərqlər təchizatdadır. Yaris Cross Premier Editiion modeli "dəri" salona, beşinci qapının elektrik ötürməsinə, proyeksiya ekranına və digər opsiyalara malikdir.
Avropada krossoverin yalnız hibrid güc qurğusu ilə təchiz edilən Yaris Cross Hybrid versiyası satılacaqdır. Hibrid qurğunun tərkibinə elektomotor və elektromexaniki variatorla birlikdə çalışan 1,5-litrlik benzin mühərriki daxildir. Hibrid aqreqatı ümumi gücü 116 at qüvvəsidir. Bu dəst ön təkərləri hərəkətə gətirir, əlavə olaraq, arxa oxda ayrı elektrik mühərriki olan AWD-i transmissiyası da təklif ediləcəkdir. Bu elektromotor 5,3 at qüvvəsi və 52 Nm hasil edir, amma yalnız hərəkətə başlayan zaman və aşağı sürətdə işləyir.
Yaponiyada sırf benzin mühərriki ilə təchiz edilmiş Yaris Cross modeli də mövcuddur. Odur ki, belə modifikasiya Avropa bazarında da debüt edə bilər. Toyota Yaris Cross modelinin qiyməti hələlik açıqlanmayıb.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Trampın 7 milyard dollarlıq sərvətinin sirri - Pulları haradan gəlir?
-
Paşinyan mükafat almaq üçün Almaniyaya gedir
-
Sentyabrın 17-də hava belə olacaq - Proqnoz
-
Veteranlara şad xəbər - 400 manat...
-
Hakimlər Komitəsinin sədrindən etiraf: Penalti səhv imiş
-
Prezident İlham Əliyev “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib - (Foto)
-
Türkiyədə dönər və qiymə ilə bağlı yeni qaydalar qüvvəyə mindi
-
General-mayor Anton Qrunis öldü
-
Mbappe PSJ-yə pul ödəməli olacaq
-
Qara Qarayev tıxacda qalan uşaqla selfi çəkdi - (Video)
-
Auditorlar Palatasının bir qrup üzvü və əməkdaşı “Tərəqqi” medalı ilə təltif edilib
-
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq elmi-praktik konfransın iştirakçılarına müraciət ünvanlayıb
-
Mertsin ABŞ səfəri ləğv edildi
-
Hündürdaban ayaqqabının bu təhlükəsini heç kim bilmir - Xəbərdarlıq
-
Tıxaca görə dərsə gecikən tələbələrə güzəşt olacaq?
-
İstanbulda boyun kütlətməyə gedən tır sürücüsü öldü - Həkimdən xəbərdarlıq - (Video)
-
Qəbələdə 65 yaşlı kişini avtomobil vurdu - Öldü
-
Bakıda 82 yaşlı kişi 9 mərtəbəli binadan yıxılaraq öldü
-
Hafiz Həsənovun məhkəməsində son qərar açıqlandı
-
Ronaldu "Əl-Nəsr"in sahibi olacaq?
-
"Ziraat Bank Azərbaycan" çoxdan gözlənilən “Payız kampaniyası”nı təqdim edir!
-
TDT-nin müsəlman dini idarə rəhbərləri Ağdama gəliblər - (Foto)
-
Azərbaycanda quru sərhədlər açılır?
-
"Son mənzilə qədər Rəmişin yanında olmusunuz" - (Video)





