Maraqlı

Bu ilin estetik trendi hansılardı? - Xanımların DİQQƏTİNƏ

25 Mart 2021 15:11
Baxış: 1 386
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir zamanlar burun estetik əməliyyatları trend idi. 2020 -ci ildən isə bu kimi əməliyyatlarla yanaşı, qalıcı olmayan botoks və dolğular dəb oldu. 2021-ci il üz cizgilərinin çənə ilə uyğunlaşdırmaq üçün çənə əməliyyatları üstünlük təşkil edəcəyi gözlənilir. Bu cür müdaxilələrdə ağız, üz və diş anatomisinə diqqət edilməlidir.

Milli.Az Lent.az-a istinadən 2021-ci ildə trend olacaq estetik əməliyyatları təqdim edir:

Buxaq əməliyyatı

Buxaq təkcə artıq çəkidən əziyyət çəkən insanların problemi deyil. Burada yaşlılıq, genetik faktor da əsas rol oynayır. Qadın və kişiləri narahat edən buxaq sallanmasına bu il estetik əməliyyatlarla son veriləcəyi təxmin edilir. İllər öncə bu kimi problemləri aradan qaldırmaq üçün uzun müddətli xüsusi masajlar tətbiq olunurdu.

Dodaq dolğuları

Ötən illərdə olduğu kimi bu ildə dodaq dolğusu ön planda olacaq. Dodaqların həcmli görünməsi üçün edilən dolğular  kiçik estetik müdaxilə sayılsa da, insanın üz cizgilərinin dəyişməsində əsas rol oynayır. Həcmdən başqa, dodağa şəkil, görünüş vermək bu il trend olacaq.

Botoks müdaxiləsi

Əvvəllər 40 yaşlı qadınların cavanlaşma seçimi olan botoks müdaxilələrinə artıq gənc qadınlar da müraciət edir. Botoksdan daha çox alında dərin qırışların aradan qaldırmaq və qaşların qaldırılması üçün istifadə olunur.

Bədən şəkilləndirmə

Bədən korreksiyası 2020-ci ilin sonu 2021-ci ilin əvvələrində yerli və dünya ulduzlarının ən çox elətdirdiyi əməliyytalar sırasındadı. İlin sonuna kimi bu cür estetik müdaxilələrə sadə insanların da müraciət edəcəyi gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.