Maraqlı

“Facebook” şirkəti fikri oxuyan bilərzik prototipi üzərində işləyir

23 Mart 2021 23:50
Baxış: 879
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Facebook" şirkəti 2019-cu ildə satın alınmış "CTRL-Labs" startapının texnologiyalarına əsaslanan yeni əlavə edilmiş reallıq interfeysinin hazırlanması haqqında məlumat verib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, layihənin bloqunda dərc edilmiş yazıda və kiçik həcmli təqdimat videosunda virtual obyektlərlə qarşılıqlı əlaqənin qurulması üçün beyin siqnallarını oxuya bilən bilərzik prototipləri haqqında məlumat verilir. Bu qurğu üçün əzələlərin elektrik aktivliyini qeydə almağa imkan verən elektromiyoqrafiya texnologiyasından istifadə edilir. Gələcəkdə belə bilərziklər ən müxtəlif jestləri tanıyaraq onları virtual və ya əlavə edilmiş reallığa daşıya biləcək, amma hələ ki ən sadə jestləri tanıya bilir. Cihazlar, həmçinin taktil geri qaytarmanı təmin edirlər.

Belə bilərziklər gələcəkdə fiziki düymələri olmayan virtual klaviaturada çap etmək üçün tətbiq edilə bilər. Bilərziklər istifadəçinin çap tərzinə tez uyğunlaşa və səhvləri avtomatik düzəldə biləcək, ümumilikdə belə yanaşma mətni klaviatura ilə müqayisədə daha sürətli yığmağa imkan verəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.