Maraqlı

Instagram-ın “yüngül” versiyası istifadəyə veriləcək

15 Mart 2021 20:15
Baxış: 592
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Facebook" şirkəti tərəfindən istifadəyə veriləcək "Instagram" sosial şəbəkəsinin "yüngül" versiyası zəif internet bağlantısı vaxtı istifadə üçün nəzərdə tutulub. Şirkətin saytındakı məlumata əsasən, "Instagram Lite" adlandırılmış versiya dünyanın 170-dən çox ölkəsində əlçatan olacaq.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, sözügedən mobil tətbiqi "Android" əməliyyat sisteminin idarəetməsi altında işləyən qurğuya yükləmək üçün 2 MB tələb olunur. Bu, tam versiya (30 MB) ilə müqayisədə xeyli azdır. Buna baxmayaraq şirkət video izləmə və mesajların göndərilməsi daxil olmaqla əsas funksiyaları saxlayıb.

Xatırladaq ki, 2020-ci ildə "Instagram"ın mobil proqramı dünyada ən populyar tətbiqlərdən biri olub. 2018-ci ildə sosial şəbəkənin aktiv istifadəçilərinin sayı 1 milyard nəfəri ötmüşdü.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.