Maraqlı

Ford yeni nəsil "bərkgedən" F-150 Raptor modelini təqdim edib - FOTO

20 Fevral 2021 19:01
Baxış: 291

Ekstremal Ford F-150 Raptor pikapı 2009-cu ildə debüt edib və hitə çevrilib. Məlum olub ki, Ştatlarda çöllərdə, qumlarda və dağılmış yolsuzluqda qorxmadan sürməyi arzulayan ekstremal pikapı almaq istəyənlər çoxdur. Ford şirkəti son dörd ildə Raptor modelinin yerli bazarda Chevrolet Corvette və ya Porsche idman avtomobillərindən daha yaxşı satıldığını bildirir. Buna görə də, yeni nəsil superpikap F seriyasından cəmi altı ay sonra debüt edib.

Raptor modelinin əsas xüsusiyyəti asqıdır, buna görə də mühəndislər buna xüsusi diqqət yetiriblər. Birincisi, yalnız xarici rezervuarları deyil, həm də sərtliyin elektron idarəetməsi olan Fox LiveValve amortizatorları peyda olub. İkincisi, arxa bütöv körpü üçün xüsusi kinematikası olan orijinal beşqollu bir sxem hazırlanıb. Asqının gedişi həddən ziyadədir: ön tərəfdən 356 millimetr, arxadan 381 millimetr! Bu, ilk Raptor modelində olduğundan dörddə bir  əfə çoxdur.

Pikapın raması möhkəmləndirilib və standart avadanlıqlar siyahısına BFGoodrich All-Terrain T/A KO2 ofroud təkərləri daxildir. İndi onlar yalnız 35-düymlük deyil, həm də 37-düymlük versiyada da təklif olunurlar. Bu halda klirens standart 305-dən 333 millimetrə qədər artacaq, giriş bucağı 33,1 dərəcə, çıxış bucağı isə 24,9 dərəcə olacaqdır.

Güc aqreqatı eynidır və bu, modelin pərəstişkarları arasında ən böyük məyusluq doğuran şeydir. Əvvəlki Raptor model 457 at qüvvəsi və 692 Nm fırlanma anı hasil edən 3,5-litrlik V6 EcoBoost biturbo mühərriki ilə təchiz edilirdi. Yeni modelin göstəriciləri hələlik açıqlanmayıb. Pikap 10-pilləli "avtomata" və ön oxu birləşdirən çoxdiskli muftası olan tam ötürmə sisteminə malikdir. Arxa oxda standart olaraq elektromexaniki kilidi olan differensial quraşdırılıb. Əlavə olaraq, ön özükilidlənən Torsen differensialını sifariş etmək olar.

Pikap, idarə edilən çəpərciyi olan yeni səsboğucu sisteminə malikdir: Quiet, Normal, Sport və Baja rejimləri səsinə görə fərqlənirlər. Hərəkət rejimləri  elektronikasının rejimləri daha çoxdur: qış Slippery, yedəkli Tow/Haul (pikap 3,7 tonluq qoşqunu yedəyə ala bilər), Sport, Normal, Off-Road, Baja, həmçinin qayalara dırmaşmaq üçün Rock Crawl.

F seriyasından olan standart pikap kimi Raptor da yeni interyerə sahib olub: salonda 12-düymlük virtual cihazlar paneli və "hava" üzərindən yenilənmə qabiliyyətinə malik olan mediasistemi quraşdırılıb. Yeri gəlmişkən, superpikap artıq "bir yarımlıq" kabinlə təklif olunmayacaqdır: yalnız ikicərgəli SuperCrew versiyası çeşiddə qalır. Seçimlər arasında Recaro kresloları və xarici elektrik cihazlarını birləşdirmək üçün 2 kilovatlıq çevirici daxildir.

Yeni nəsil F-150 Raptor modeli Amerikadakı satış mərkəzlərində yayda peyda olacaqdır. İndi onun birbaşa rəqibi də vardır: Ram 1500 TRX pikapı bu yaxınlarda 712 at qüvvəli 6,2-litrlik kompressorlu V8 mühərriki ilə bazara daxil olub. Ford şirkəti artıq layiqli bir cavab hazırlayır: bu, V8 mühərriki ilə təchiz ediləcək Raptor R modelidir. Ancaq belə bir versiya yalnız 2022-ci ildə debüt edəcəkdir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.