Aktrisa Hande Erçel sosial şəbəkədə fotosunu paylaşdığı zaman onu təhqir edən izləyicisi Lütfü Alp Kılınçı məhkəməyə verib. Prokurorluğa təqdim etdiyi ərizəsində Alpın onun xarici görünüşünü təhqir etdiyi və yerləşdirdiyi videolarını məsxərəyə qoyduğunu bildirib.
Milli.Az axşam.az-a istinadən bildirir ki, ötən gün aktrisa ilə izləyicisi arasında məhkəmə baş tutub. Hakim Erçelin xeyirinə qərar verib.
Lütfü Alp Kılınçın Handeyə 2 min 182 lirə (523 manat) təzminat verməsi tələb edilib.
Milli.Az