Twitter, Facebook, YouTube daxil olmaqla bir çox tətbiq Çində hakim partiyaya zərər verəbiləcək məzmun yaymasınlar deyə qadağan edilib. Bu əngəllərin tətbiq olunduğu ölkədə "Clubhouse"a senzura tətbiq edilməyib. Tətbiqə heç bir məhdudiyyət olmadığı üçün Çində istifadəçi sayı sürətlə artır. İstifadəçilər "Sincan" həbs düşərgəsi, Hong Kong Milli Təhlükəsizlik Qanunu mövzularını tətbiqdə müzakirə etməyə başlayıblar.
Milli.Az techland.az-a istinadən bildirir ki, "Clubhouse" yalnız səsli söhbət ilə əlaqə saxlamağın mümkün olduğu yeni yeni sosial şəbəkədir. İlon Mask, Vlad Tenev kimi CEO-ların istifadə etməsi tətbiqin daha da məşhurlaşdırmışdır.
Milli.Az