Maraqlı

“Apple” şirkəti qatlanan “iPhone” smartfonu üzərində işlərə başlayıb

26 Yanvar 2021 21:40
Baxış: 571
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Apple" şirkəti qatlanan ekrana malik smartfon hazırlamağa başlayıb. Bu haqda öz mənbəsinə istinadən "Bloomberg" agentliyi məlumat verib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, məlumata görə, işçi proses ekranların hazırlanması mərhələsindədir, hələ işlək prototip yoxdur.

Şirkət qatlanan ekranın ölçüsünü müəyyənləşdirməyib. "iPhone 12 Pro Max" smartfonunda olduğu kimi, 6,7 düymlük ekran (təxminən 17 sm) nəzərdən keçirilir.

"Bloomberg" nəşri yazır ki, ehtimal ki, qatlanan "iPhone" tezliklə təqdim edilməyəcək və bəlkə də ümumiyyətlə, çıxarılmayacaq. İndi "Apple" şirkəti öz diqqətini bu ilin sonunda təqdim edilməsi planlaşdırılan qabaqcıl "iPhone" və "iPad" qurğularının çıxarılmasına cəmləyib. Koronavirus pandemiyası məhsulun hazırlanmasını çətinləşdirib, çünki şirkətin mühəndisləri "Silikon vadisi"ndəki ofislərdə həftədə yalnız bir neçə gün və az sayda işləyirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.