Maraqlı

“Nokia” ucuz smartfon təqdim edəcək

26 Yanvar 2021 07:51
Baxış: 556
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Finlandiyanın elektronika istehsalçısı sadə texniki imkanlara malik ucuz "Nokia 1.4" smartfonunu hazırlayır. Bu haqda "MySmartPrice" nəşri insayderlərə istinadən məlumat verib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, "Nokia 1.4" aparatı ötənilki "Nokia 1.3"ü əvəz edəcək. Yeni smartfon HD təsvir ölçülü böyük ekran və adı naməlum saxlanılan dördnüvəli prosessorla təchiz ediləcək. "Nokia 1.4" modeli 1 QB əməli yaddaş və 16 QB daxili yaddaşa malik olacaq. Smartfona 4000 milliamper/saat tutumlu akkumulyator və ikiqat arxa kamera quraşdırılacaq.

Cihaz sadələşdirilmiş "Android Go Edition" sisteminin idarəetməsi altında işləyəcək. Yaxın vaxtlarda təqdim edilməsi gözlənilən smartfonun qiyməti təxminən 100 avro təşkil edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.