Porsche 911 sportkarını ekstremal ofrouderə çeviriblər - VİDEO - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Klassik Porsche 911 sportkarlarının bərpası və modernizasiyası üzrə ixtisaslaşan amerikan Singer Vehicle Design şirkəti və Uordinqtonda yerləşən Tuthill Porsche ralli atelyesi qeyri-adi avtomobilin - 911 ofrouderinin fərdiləşdirilməsini başa çatdırıb. Tamötürməli Singer ACS ofrouderi şirkətin daimi müştərisi tərəfindən sifariş edilib. Sifarişçi avtomobil ilə müxtəlif yarışlarda iştirak etməyi planlaşdırır.
Keçən il Porsche 911 sportkarını yolsuzluq avtomobilinə çevirmək üçün bir neçə layihə təqdim olunmuşdu. Onlardan bəziləri, məsələn, MPG və Gemballa Avalanche 4x4 layihələri kağız üzərində qalsa da, kovboylar üçün Ruf Rodeo və Dakar 953 ruhunda olan 911 Syberia RS modelləri reallaşıb.
Məşhur Singer Vehicle Design atelyesi hələ də geridə qalanlardandır - lakin atelyenin təklif etdiyi yeniliklərin səviyyəsi həmişə olduğu kimi ən yüksək səviyyədədir. Üstəlik, amerikalıların avtomobilləri Baja 1000-dən tutmuş Dakar ralli-reydinə qədər ciddi yarışlarda iştirak üçün hazırlanmışdır.
Müştərinin istəyi ilə şirkət iki Singer ACS (All-Terrain Competition Study, yarış ofrouderi layihəsi) inşa edib. Hər iki avtomobil Porsche 964 modelinə əsaslanır, lakin fərqli tapşırıqlar üçün hazırlanmışdırlar. Ağ kupe (şəkildəki) səhra yarışları üçün nəzərdə tutulmuşdur, qırmızı asfalt rallilərində yarışacaqdır.
Avtomobillərin hazırlanması resepti çox sadədir. Singer və Tuthill Porsche mütəxəssisləri orijinal şassini gücləndirirlər. Xarici kuzov panelləri karbondan hazırlanır və zədələnmiş panelləri tez bir zamanda əvəzlənməsini təmin edir. Avtomobilin hər bir asqısında sıxılma və qaytarmanı ayrılıqda tənzimləməyə imkan verən iki uzungedişli amortizatorlar quraşdırılır.
Üstəlik, avtomobillər Porsche 959 prototiplərinin üslubunda alüminium təkər diskləri, müasir yarış avtomobillərində quraşdırılan fənərlər, BF Goodrich K02 şinləri ilə təchiz edilir. Əyləcləməyə polad rotorlar və monoblok dördporşenli supportlar cavabdehdirlər.
Salonda FIA tərəfindən omoloqasiya edilmiş təhlükəsizlik karkası və yarış rəqəmsal cihazlar paneli quraşdırılıb. Bundan əlavə, idman avtomobilini GPS izləyicisi, tutumu artırılmış yanacaq çəni, iki tam ölçülü ehtiyat təkəri üçün bölmələr, sürücü və şturmanın su təchizatı sistemi ilə təchiz etmək olar.
Singer ACS modeli iki turbokompressorlu 3,6-litrlik altısilindrli oppozit mühərriki ilə təchiz edilir. Mühərrik bir cüt su-hava interkuleri və hər bir silindr cərgəsinə üfürülən havanın fərdi soyuducuları ilə təchiz olunur. Mühərrikin hasilatı 456 at qüvvəsi və 570 Nm fırlanma anı təşkil edir.
Turboüfürmə və üç diferensiala malik tam ötürmə sistemləri xüsusi olaraq ACS modeli üçün hazırlanmışdır. Sekvental transmissiya muftanı sıxmadan yuxarı pillələrə keçməyə imkan verir, habelə ənənəvi H formalı keçid sxemindən və ya pnevmatik sükanaltı dəstəkərdən istifadəni təmin edir.
ACS modelinin ilk iki nüsxəsi hazır olduqdan sonra Singer atelyesi digər müştərilərdən sifariş qəbul etməyə başlayacaqdır. Avtomobillər İngiltərədə, Tuthill Porsche emalatxanasında yığılacaqdırlar. Şirkət avtomobillərin qiymətini sorğuya əsasən təqdim etməyə hazırdır.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Çimnaz Sultanovanın əsl ölüm səbəbi bu imiş
-
Makqreqor qərarını açıqladı: “Sonuncu olacaq”
-
Dünyaca məşhur türk fenomen xəstəxanada əlil arabasında görüntüləndi - (Foto)
-
Arda Güler “Real Madrid” əfsanələrini geridə qoydu - (Foto)
-
Meksika Qran-Prisinin qalibi bəlli oldu
-
Populyar səhər vərdişi qan təzyiqini artırır: Risk qrupları açıqlandı
XƏBƏR LENTİ
-
Azərbaycan sərhədində sərhədçilərə atəş açan şəxs zərərsizləşdirildi - (Foto)
-
Azərbaycanın yeni ombudsmanı kim olacaq? - 3 namizəd açıqlandı
-
Qaytarıla bilməyən kreditlər bağlana bilərmi?
-
Noyabrın 6-dan qüvvəyə minir: Kombi və qaz plitələri ilə bağlı nə dəyişəcək?
-
Çimnaz Sultanovanın əsl ölüm səbəbi bu imiş
-
İranda zəlzələ oldu
-
Makqreqor qərarını açıqladı: “Sonuncu olacaq”
-
11 aylıq müddətin 2 ayı keçdi: Metro tunellərində son vəziyyət necədir?
-
ABŞ-da seçki həyəcanı: Trampın partiyasını nə gözləyir?
-
“Brent” ucuzlaşdı
-
Dünyaca məşhur türk fenomen xəstəxanada əlil arabasında görüntüləndi - (Foto)
-
Arda Güler “Real Madrid” əfsanələrini geridə qoydu - (Foto)
-
"Sumqayıt" – "Şəfa" matçı ilə X tura yekun vurulacaq
-
Noyabrda 11 gün iş olmayacaq - Tarixlər
-
Meksika Qran-Prisinin qalibi bəlli oldu
-
Yasamalın bir hissəsində işıqlar kəsiləcək
-
Goranboyda ağır qəza: Eyni ailənin 5 üzvü xəsarət aldı
-
Paytaxtın 13 küçəsində tıxac var
-
Populyar səhər vərdişi qan təzyiqini artırır: Risk qrupları açıqlandı
-
3 bürc üçün qaranlıq dövr bitir
-
Sobaya dəsmal asanlara mütəxəssislərdən xəbərdarlıq: Dərhal yığışdırın!
-
Fədayə Laçın vəfat edən Xalq artistinin arxiv fotosunu paylaşdı
-
ABŞ-də təyyarə qəzası - sərnişinlərin hamısı öldü
-
“Arsenal” səfərdə “Liverpul”u məğlub edib





