Maraqlı

Peyvənddən öncə belə qidalar yemək lazımdır

20 Yanvar 2021 16:09
Baxış: 1 255
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Koronavirusa qarşı peyvənd vurdurmamışdan öncə qida rasionuna zülalla zəngin məhsullar, ət, balıq, yumurta əlavə etmək lazımdır".

Milli.Az Sputnik Azərbaycan-a istinadla xəbər verir ki, bu barədə dietoloq Viktor Tutelan danışıb.

Onun sözlərinə görə, peyvəndləmədən sonra isə orqanizmdə vitamin balansını, xüsusən də D vitamini balansını qorumaq önəmlidir. "Vaksin spesifik antikorların istehsalını stimullaşdırmaq üçün tətbiq olunur. Antikorlar protein quruluşlarıdır, bunun üçün zülala - ət, balıq, yumurtaya böyük ehtiyac yaranır. Pəhrizimizdə buna diqqət etməliyik", - deyə dietoloq bildirib.

Qeyd edək ki, koronavirus xəstələrinin böyük əksəriyyətində D vitamini çatışmazlığı müşahidə edilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.