“Dynabook Satellite Pro L50” noutbuku “GeForce MX250” qrafikası ilə təchiz edilib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Intel Comet Lake" aparat platforması və "Windows 10 Pro" əməliyyat sistemindən istifadə edən "Dynabook Satellite Pro L50" biznes noutbuku təqdim olunub.
Milli.Az ictnews.az-a istinadən bildirir ki, qurğuda 1,8 giqahers takt tezliyində işləməklə 4,9 giqahersədək artırılma imkanına malik dörd hesablama nüvəli (8 təlimat axını) "Core i7-10510U" prosessoru tətbiq edilib. Qrafik altsistemin tərkibinə "NVIDIA GeForce MX250" diskret sürətləndiricisi daxildir.
Noutbuk "Full HD" formatlı (1920 × 1080 piksel) 15,6 düym diaqonallı ekranla təchiz olunub. "HDMI" interfeysi vasitəsilə görüntünü xarici monitora ötürmək mümkündür.
"Dynabook Satellite Pro L50" 16 giqabaytlıq "DDR4" operativ yaddaşı və 512 giqabayt tutumlu "NVMe" bərkcisimli toplayıcısı ilə təchiz edilib. Həmçinin "Wi-Fi 5" və "Bluetooth 4.2" simsiz rabitə adapterləri, eləcə də kompüter şəbəkəsinə simli qoşulma üçün "Ethernet" kontrolleri mövcuddur.
İnterfeyslər dəstinə üç "USB Type-A 3.2" portu, "USB Type-C 3.2" simmetrik çıxışı və 3,5 millimetrlik standart audioçıxış daxildir. Bundan əlavə, yeni qurğu "SD" oxuyucusu, 720 pikselli veb-kamera, stereofonik dinamiklər və 40 vatt-saat tutumlu akkumulyatora malikdir. Qabaritlər 361 × 244 × 19,9 millimetr, çəki 1,7 kiloqram təşkil edir.
"Dynabook Satellite Pro L50" portativ kompüterinin başlanğıc qiyməti 900 dollara bərabərdir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Frank De Blekerin AFFA-dakı fəaliyyəti başa çatdı
-
Ukrayna iri neft emalı zavodunu vurdu
-
Bilgəhdə 25 yaşlı oğlan dənizdə batdı
-
Pakistanda qar uçqununa düşmüş alpinistlərin meyitləri tapılıb
-
Sumqayıtda fərdi yaşayış evində yanğın başladı
-
Temperatur 39 dərəcəyə qalxacaq - Proqnoz
-
Azərbaycan dili milli dövlətçiliyimizin rəmzlərindən biridir - Kamaləddin Qafarov
-
Uşağın doğulduğu ay onun inkişafına təsir edir? - Alimlərdən diqqətçəkən araşdırma
-
Nəriman Həsənzadə ilə vida mərasimi nə vaxt keçiriləcək - (Yenilənib)
-
Aşıq Hüseyn Saraçlının nəvəsi faciəvi şəkildə vəfat etdi
-
Latviya Belarusla sərhədi bağladı
-
Bayram Məmmədovun anası öldürüldü - Şübhəli qardaşıdır
-
Külli miqdarda narkotik aşkarlandı
-
Ana dili milli kimliyimizin sarsılmaz dayağıdır
-
Bu gündən iki ölkənin vətəndaşları Azərbaycana vizasız səfər edə bilər
-
Prezident İlham Əliyev İsveçrə Prezidentinə təbrik məktubu ünvanlayıb
-
Ərdoğana sui-qəsd dəstəsinin son üzvü ələ keçirildi - (Foto)
-
Livanın çıxılmaz yolu: “Hizbullah”ın tərksilahı niyə mümkün görünmür?
-
Cinayətdə şübhəli bilinən 53 nəfər saxlanılıb
-
Azərbaycan nefti kəskin bahalaşdı
-
MİQ-də 8 test tapşırığında uyğunsuzluq aşkarlandı
-
BDYPİ-dən həftəsonu ilə əlaqədar sürücülərə və piyadalara çağırış
-
Davamlı yorğunluq hansı xəstəliklərin əlamətidir?
-
Goranboyda evdən yeniyetmənin meyiti tapılıb





