Maraqlı

BİP və Yaay tətbiqlərinə keçənlər internetsiz istifadədən yararlanacaqlar

19 Yanvar 2021 23:20
Baxış: 753

WhatsApp-ın istifadəçi qaydalarını dəyişməsi xeyli insanın alternativ platformalara keçid etməsi ilə nəticələnib. Ayrı-ayrı ölkələr də Whatsapp-dan imtina istiqamətində işlərə başlayıblar. Bu tip addımlardan biri də Türkiyədən gəlib.

Milli.Az ted.az-a istinadən bildirir ki, yeni əməkdaşlığa əsasən, Türk Telekom və Vodafone mobil operatorları istifadəçiləri BiP və Yaay tətbiqləri üçün internet kvotası xərcləməyəcəklər.

Bu barədə sözügedən mobil operator rəsmilərinin Tvitter hesablarında da məlumat verilib. Bildirilib ki, bu, istifadəçilərin fərdi məlumatlarının mühafizəsi xarakteri daşıyır.

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.