Koronavirus bilinən zamandan daha əvvəl yayılıb?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Koronavirus Braziliyada 2019-cu ilin noyabrından başlayaraq yayılmış ola bilər.
Milli.Az xəbər verir ki, ölkənin Səhiyyə Nazirliyi apardığı araşdırma nəticəsində bu qənaətə gəlib.
Bildirilib ki, Braziliyanın Espirito Santo əyalətinin sakinlərindən 2019-cu ildə götürülən qan analizi nümunələrində COVID-19 xəstəliyinə xas olan IgG antitelləri aşkarlanıb.
Qan nümunələri Denqe qızdırmasına səbəb olan virus və Çikunqunya virusuna yoluxduğu şübhəsi daşıyan xəstələrə məxsus olub. Onların 7 min 370-dən 210-da IgG antitellərinə rast gəlinib.
Bu nümunələrdən 16-nın 26 fevral 2020-ci ildə Braziliyada rəsmi olaraq təsdiq edilən COVID-19 faktından daha əvvəl - 18 dekabr 2019-cu il tarixində götürüldüyü bildirilib. Halbuki həmin dövrdə Braziliyada koronavirus yayılmağa başlanmamışdı.
Nazirlik bir xəstədə COVID-19 infeksiyasından sonra IgG antitellərinin müəyyən edilə biləcək səviyyəyə çıxmasının 20 günə yaxın zaman tələb etdiyinə, bu səbəbdən yoluxmaların 2019-cu ilin noyabr ayından başladığına diqqət çəkib.
Qeyd edək ki, Braziliyanın Santa Katarina əyalətinin paytaxtı və ölkənin ikinci böyük şəhəri Florianopolisdə 2019-cu ildə toplanan kanalizasiya sularında koronavirusun izlərinə rast gəlinmişdi.
Xatırladaq ki, COVID-19 epidemiyasının Çində 2019-cu ilin dekabr ayının sonunda başlandığı elan edilmiş, 2020-ci ilin mart ayında Ümumdünya Səhiyyə Təşkilatı dünya miqyasında pandemiya yayıldığını açıqlamışdı. (publika.az)
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
UEFA Mbappeyə ağır cəza verdi
-
Qumralın əri də müğənniliyə başladı - (Video)
-
UEFA Millətlər Liqası: Türkiyə evdə darmadağın oldu
-
Heyvan dişləyibsə, vaxt itirməyin: Həkimdən quduzluqla bağlı çağırış
-
Tikinti sektorunda yeni dələduzluq - (Video)
-
İllərdir zibil kimi atırdıq: Sən demə, saç tökülməsini bıçaq kimi kəsirmiş
XƏBƏR LENTİ
-
Fərhad Gündoğdu saxlanıldı
-
Azərbaycan nefti 123 dollardan aşağı düşdü
-
UEFA Mbappeyə ağır cəza verdi
-
Türkiyə ərəb dünyasına liderlik edə bilərmi? - Əsas maneə açıqlandı
-
Hava ilə bağlı son məlumat
-
Bakının bu ərazilərində işıq olmayacaq
-
Bərdədə at arabasını avtomobil vurdu - Ölən var
-
"Qarabağ"ın legioneri millidə zədələndi
-
Qumralın əri də müğənniliyə başladı - (Video)
-
Millətlər Liqası: Fransa Belçika yığmasına qalib gəldi
-
Neftin qiyməti kəskin bahalaşdı
-
Paytaxtın 17 küçəsində tıxac var
-
UEFA Millətlər Liqası: Türkiyə evdə darmadağın oldu
-
Heyvan dişləyibsə, vaxt itirməyin: Həkimdən quduzluqla bağlı çağırış
-
Tikinti sektorunda yeni dələduzluq - (Video)
-
İllərdir zibil kimi atırdıq: Sən demə, saç tökülməsini bıçaq kimi kəsirmiş
-
Gələcəyin dili: Dünyanın ən varlı insanları niyə uşaqlarına Çin dili öyrədirlər?
-
Çəngəl-bıçaq siyirtməsinə tabaşir qoyanların sayı sürətlə artır
-
Psixoloqlara görə kişilərin izahat vermədən yoxa çıxmasının səbəbləri
-
Müddəti bitən kredit kartlarını qayçı ilə kəsib atanlara xəbərdarlıq
-
Leyla Əliyeva “Harmoniya” sənədli filminin təqdimat mərasimində iştirak edib - (Foto)
-
Maşın da yumuşam, təkər də qaraltmışam, "bakkuş" da satmışam - Aktyor Səmimi Fərhadla müsahibə
-
Bu xəbərlər Samiri depressiyaya salıb
-
Qızılın qiyməti yenidən ucuzlaşdı - (Video)





