Maraqlı

Peyvənd olunan insanlara çip qoyulacağı iddialarına türk professordan cavab

3 Yanvar 2021 11:44
Baxış: 1 474
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dünyada koronavirus pandemiyası yayıldığı vaxtdan etibarən tətbiq ediləcək vaksinlə bərabər insanlara çip taxılacağı ilə bağlı ümumi fərziyyələr insanlar arasında geniş yayılmağa başlayıb.

Milli.Az Sfera.az-a istinadən xəbər verir ki, türkiyəli professor Zəfər Kurugöl bu iddiaları "Hürriyyət" qəzetinə müsahibəsində cavablayıb. Professor iddiaların ümumu fərziyyə olduğunu bildirib:

"Mən belə şayiələri tragikomediya kimi qiymətləndirirəm. Bunu ortalığa atanların ola bilsin ki əylənmək məqsədləri olub, ya da diqqət çəkmək istəyiblər. Bu cür fikirlər cəmiyyətin sağlamlığına zərər vurur. Burada məqsəd insanların fikrini çaşdırmaqdır. İnsanlar peyvənddən qorxmamalıdır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.