Müasir dövrdə tibbdə və kənd təsərrüfatında hormon preparatlarından geniş istifadə edilir. Bu preparatları əldə etmək üçün istifadə edilən üsullar 3 qrupa bölünür:
1. Hormonların bioloji materialdan alınması.
2. Hormonların kimyəvi sintezi.
3. Gen mühəndisliyi üsulları.
Bioloji materialdan alınmış preparatları əldə eləmək üçün iri sallaqxanalarda farmokoloji sexlər təşkil edilir. Burada yeni kəsilmiş qaramal, qoyun, donuz və s. heyvanların endokrin vəzilərinin estraktından təbii hormonların təmizlənmiş preparatları əldə edilir. Bundan ötrü sağlam heyvanları kəsərkən dərhal onların endokrin vəziləri çıxarılaraq ətraf toxumadan təmizlənir və dondurulur. Sonra bu vəzilərdən xüsusi hazırlanmış texnolojiyalar vasitəsilə hormonal preparatlar alınır. Bu üsulla insulin, qlükaqon, AKTH, melanotropin kimi hormonların preparatları hazırlanır.
Kimyəvi sintez üsulu ilə hazırki dövrdə steroid hormonları, onların əvəzediciləri və törəmələri tiroid hormonları və aminturşu törəməsi olan digər hormonlar və bəzi peptid hormonlar əldə edilir. Bunlara aşağıdakıları misal göstərmək olar:
- adrenalin
- noradrenalin
- melatonin
- oksitosin
- vazopressin.
Kimyəvi sintez üsulu ilə sintetik insulin də əldə edilir ki, onun vasitəsilə orqanizmdə uzun müddət və daha qüvvətli təsir əldə etmək olur. Orqanizmdə uzunmüddətli və güclü təsirə malik olan digər hormonlar da vardır ki, onlar kimyəyi sintez yolu ilə əldə edilir. Bunlara aşağıdakı hormonlar aiddir:
- prednizalon
- deksametazon
- triamsinalon
- sinalar
- lokakorten
- proqestron
- etisteron
- sinestrol və s.
Sintetik üsulla alınan hormonların dozası çəki vahidləri ilə hesablanır.
Hormonal preparatlar gen mühəndisliyi ilə əldə edilən zaman zülal strukturlu hormonlar, heyvan orqanizmindən alınan preparatlardan az da olsa fərqlənir. Bu məqsədin tətbiq edilməsi daha əlverişlidir. Bu məqsədlə müvafiq hormonun sintezinin kodlaşdırıldığı gen insan heceyrələrindən tədric edilərək patogen xassəyə malik olmayan mikroorqanizmlərin hüceyrə nüvəsinə daxil edilir. Belə mikroorqanizmlər spesifik qidalı mühitdə saxlanılaraq çoxaldılır və onların həyat fəaliyyətinin məhsulları arasında olan hormon təmizlənərək dərman preparatı formasına salınır.
Milli.Az
Maraqlı
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Hormon preparatları necə hazırlanır?
22 Dekabr 2020 08:35
Baxış: 893

DİGƏR XƏBƏRLƏR
-
Bu ay bəxti gətirəcək bürclər – Kimlər üçün şans dövrü başlayır?
-
"Wi-Fi" ilə bağlı bunları bilməlisiz
-
Azərbaycanda sakinlər təşviş içində - evlərə nəhəng zərərvericilər daraşdı - VİDEO
-
Günün qoroskopu: İş həyatında yeni imkanlar qarşınıza çıxa bilər
-
Zavodda ustanın faciəvi şəkildə yıxılaraq öldüyü hadisə yerindən GÖRÜNTÜLƏR - VİDEO
-
Düyünün suyuna 1 ədəd əlavə edin - Plov həm dən-dən qalacaq, həm də dadı 10 qat artacaq
XƏBƏR LENTİ
-
Getməyən kiloların səbəbi açıqlandı: “Problem yediklərinizdə deyil!”
-
Elcanın yeni layihəsi
-
Murad Məmmədov: "15 yaşıma qədər gəzə bilməmişəm, sadəcə iməkləmişəm"
-
Bu ay bəxti gətirəcək bürclər – Kimlər üçün şans dövrü başlayır?
-
"Villa dəyərində ev almışam, qaraja 45 min istəyirlər"
-
"Wi-Fi" ilə bağlı bunları bilməlisiz
-
3 yaşlı uşağın boğazından 19 maqnit çıxarıldı - FOTO
-
Ağrıya, stressə və soyuqdəyməyə qarşı təbii VASİTƏ
-
"Parasetamol"un ölümcül fəsadları açıqlandı – Həkimlər xəbərdarlıq edir!
-
Azərbaycan və Qazaxıstan arasında strateji tərəfdaşlıq münasibətləri müzakirə olunub
-
"Mənə qadağa qoyub, çərçivəyə sala bilməz"
-
Gürcüstanda dövlət çevrilişinə cəhddə şübhəli bilinən 13 nəfər saxlanıdı
-
Bu ölkə Avroviziyanı hədələdi: “İsrail yoxdursa, biz də yoxuq”
-
UEFA icazə verdi: Avropa futbolunda bir ilk yaşanır
-
Sürpriz diplomatik addım: Putin və Netanyahu telefonla danışdı
-
Əcnəbi hücumçu Bakıya qayıtdı, azərbaycanlı xanımla nişanlandı - FOTO
-
"Geyinirəm, bahalı maşın sürüb acıq verirəm"
-
Azərbaycanlı aktrisa nişanlandı - FOTO
-
Azərbaycanda sakinlər təşviş içində - evlərə nəhəng zərərvericilər daraşdı - VİDEO
-
Bu binalarda yaşayanları böyük təhlükə gözləyir
-
Günün qoroskopu: İş həyatında yeni imkanlar qarşınıza çıxa bilər
-
Binəqədi sakinlərinin əsas problemi: Ev var, sənəd yox
-
Qızılın qiyməti tarixi maksimumu yenilədi
-
Zavodda ustanın faciəvi şəkildə yıxılaraq öldüyü hadisə yerindən GÖRÜNTÜLƏR - VİDEO