Maraqlı

Gülben Ergen Veboya dəstək olmaq istədi, sosial medianın dilinə düşdü

10 Dekabr 2020 08:28
Baxış: 855
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin pop müğənnisi Gülben Ergen "Başakşehir"in kamerunlu məşqçisi Pyer Veboya qarşı irqçi davranışı qınayarkən izləyicilərin müzakirə mənbəyinə çevrilib.

O, "Twitter" hesabından "Qara olan ürəkləridir Vebo", - deyə paylaşım edib.

Onun bu tviti bundan əvvəl irqçiliklə bağlı paylaşımını xatırladıb.

Belə ki, Ergenin illər əvvəl çıxan "Yaramaz" mahnısının klipində qaradərili bir uşaq rol almışdı. Gülbən bu barədə "Əslində bir meymun oynadacaqdıq, amma tapa bilmədik, dedik, qaradərili bir uşaq oynadaq", - demişdi.

Qeyd edək ki, "Çempionlar Liqası"nda səfərdə PSJ ilə qarşılaşan "Başakşehir"də köməkçi məşqçi Pierre Vebo irqçi davranışa məruz qalıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.