Alimlər koronavirusun insan beyninə necə daxil olduğunu öyrəniblər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Alimlər aşkar ediblər ki, beyinə daxil olmaq üçün koronavirus burnun selikli qişasının hüceyrələrindən istifadə edir. Yeni tədqiqatlar onu göstərir ki, koronavirus insanın mərkəzi sinir sisteminə təsir göstərir. Bu barədə Hightech.plus saytı xəbər verib. Aparılmış tədqiqatlar təsdiqləyiblər ki, koronavirus təkcə tənəffüs xəstəliyi deyil. Belə ki, o, mədə-bağırsaq traktının, ürək-damarın və mərkəzi sinir sisteminin işinə təsir göstərə bilir. Düşünülür ki, koronavirusa yoluxmuş hər üçüncü pasient bir və ya bir neçə nevroloji simptomdan əziyyət çəkir. Bunların arasında baş hərlənmə, ürək bulanma, dad və iy bilmə qabiliyyətinin itirilməsi və s. var.
Bəzi pasientlərdə koronavirus həmçinin insult xəstəliyinin kəskinləşməsinə səbəb olur.
Buna görə də alimlər şübhələnirdilər ki, bu cür simptomlar virusun müəyyən beyin hüceyrələrinə daxil olması ilə bağlıdır. Bu ehtimalı sübut etmək üçün alimlər koronavirus səbəbilə həyatını itirmiş 33 nəfər pasientin toxumalarını analiz ediblər. Toxumalar, beynin ayrı-ayrı hüceyrələri və burnun selikli qişası genetik koronavirus materialına sahib olub-olmadıqları üzrə analizdən keçiblər. Nəticədə alimlər virusun DNT-ni neyroanatomik strukturlarda aşkar edblər. Həmin strukturlar isə gözləri, ağızı və burnu beynin kökü ilə birləşdirir. Virusun ən çox miqdarda cəmləşdiyi mübit isə burnun selikli qişası olub.
Beləliklə bütün bu məlumatlar onu təsdiqləyir ki, koronavirus beyinə daxil olmaq üçün burnun selikli qişasından istifadə edir.
Alimlər düşünürlər ki, koronavirus beyinə daxil olmaq üçün qoxu siniri kimi neyroanatomik əlaqələrdən istifadə edir. Lakin dəqiq mexanizm hələ təsdiq edilməyib. Alimlərin fikirlərinə əsasən virus bir sinir hüceyrəsindən digərinə keçir. Bununla yanaşı o, beyinə qan damarları vasitəsilə də daxil ola bilər. Daha öncədən virusun qan damarlarının divrlarında yerləşməsi sübut olunmuşdu. Qeyd etmək lazımdır ki, alimlər bu halı koronavirus yoluxmasını ağır keçirdən insanlarda müşahidə ediblər. Buna görə də sözügedən mexanizmin yoluxmanı yüngül keçirdən pasientlərdə də olub-olmadığını söyləmək hələ tezdir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“Survivor”ın məşhur iştirakçısı tanınmaz halda - (Foto)
-
Üç bürcün həyatı yaxşılığa doğru dəyişəcək
-
Dünyada sahili olmayan yeganə dəniz
-
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
-
Azərbaycanlı serial ulduzu uşaqlıqdan bu günə - (Fotolar)
-
Qaralan kafel aralarını evdəki tək materialla təmizləyin
XƏBƏR LENTİ
-
“Survivor”ın məşhur iştirakçısı tanınmaz halda - (Foto)
-
Üç bürcün həyatı yaxşılığa doğru dəyişəcək
-
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
-
Dünyada sahili olmayan yeganə dəniz
-
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
-
Azərbaycanlı serial ulduzu uşaqlıqdan bu günə - (Fotolar)
-
Qaralan kafel aralarını evdəki tək materialla təmizləyin
-
Hamı zibilə atır - Saç tökülməsinin və ağarmasının qarşısını alır
-
Köhnə fleşkartı atmayın: 5 faydalı istifadə üsulu
-
Təkcə bir bölümə milyon dollar alırlar - Siyahı
-
Bakıda kütləvi dava: Bıçaqlananlar var - (Yenilənib)
-
Günün qoroskopu: Kiçik səhvləri faciəyə çevirməyin
-
"Sən mənim başımı yerə soxmusan" deyib hamilə bacısı bıçaqladı - Yenilənib - (Video)
-
“Sehrli xalat”ın Rəşidi niyə gülə bilmirdi? – Məşhur filmin kamera arxası - (Foto)
-
Lixtenşteyn - Azərbaycan oyunu başlayıb - Yenilənib
-
Ərini öldürüb basdırdı, üzərində güllər əkdi
-
Rusiyada ağır qəzada azərbaycan vətəndaşı həlak oldu - (Video)
-
83 yaşlı Robert De Niro 47 yaşlı xanımı ilə - (Foto)
-
Sumqayıtda zavodda bıçaqlanan şəxs mühafizəçi imiş
-
Yük avtomobili ilə sürücülərin həyatını risk altına atanların məsuliyyəti nədir? - (Video)
-
Ağstafada üç nəfərin yaralandığı qəzanın təfərrüatı - (Video)
-
Vətalət Mehdiyeva vəfat etdi
-
Sumqayıtda ilkin mərhələdə hansı evlər söküləcək? - (Video)
-
Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak ediblər - (Foto)





