Maraqlı

ABŞ-da Şükranlıq Gününü qeyd etdilər

27 Noyabr 2020 18:33
Baxış: 911
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Noyabrın 26-da amerikalılar Şükranlıq Gününü bayram ediblər. Ənənəyə görə bu bayram hər il noyabr ayının sonuncu cümə axşamı günü qeyd olunur.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu ənənə 1621-ci ilin payızından başlanır. O vaxt Plimut koloniyasının ilk sakinləri bol məhsul götürüb və bunu üç gün bayram keçirməklə qeyd ediblər. Beləliklə, hələ də hər il qeyd olunan Şükranlıq Günü bayramı yaranıb.

1619-1620-ci illərdə bu qitəyə gəlmiş ilk sakinlərin yarısı sərt qış şəraitinə dözməyərək soyuqdan və xəstəliklərdən qırılıb. Qalan gəlmələr yerli hindilərin köməyi ilə salamat qalıblar. Hindilər onlara yerli bitkiləri yetişdirmək və daşlı-çınqıllı torpağı məhsuldar vəziyyətə gətirmək yollarını öyrədiblər. İlk amerikalılar yaxşı məhsul əldə edəndən sonra Tanrıya şükür etməyi və yerli hindilərlə bərabər bayram keçirməyi qərara alıblar.

İlk bayramda gəlmələrə salamat qalmaq sirlərini öyrətmiş Vampanoaqi xalqının (yerli hindilərin) nümayəndələri də iştirak ediblər.

1863-cü il oktyabrın 3-də isə Prezident Avraam Linkoln Şükranlıq Gününü dövlət bayramı elan edib.

Şükranlıq Günündə amerikalılar ailəliklə bir süfrə arxasında toplaşırlar. Süfrədə hökmən şirin kartofla hind toyuğundan hazırlanmış yemək olmalıdır. Lakin sonrakı illərdə Amerika dövləti formalaşdıqca müxtəlif ölkələrdən buraya immiqrantlar axını başlayanda bayram süfrəsində müxtəlif xalqların milli yeməkləri də təklif olunur. Məsələn, Amerikada yaşayan Azərbaycan ailələrinin çoxu həmin günü dostları ilə birlikdə qeyd edir, bu zaman süfrədə Azərbaycan milli yeməkləri üstünlük təşkilı edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.