Dünyada ikinci ən varlı insan kimdir?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"SpaceX" və "Tesla" şirkətlərinin rəhbəri İlon Mask dünyanın ən varlı insanları reytinqində ikinci yerə yüksəlib. Bu barədə "Bloomberg" agentliyi tərəfindən hesablanan "Bloomberg Billionaires Index" (BBI) milyarderlər indeksində deyilir.
Milli.Az ictnews.az-a istinadən bildirir ki, il ərzində sərvəti 100,3 milyard dollar artaraq 127,9 milyard dollar təşkil edən İ.Mask "Microsoft" korporasiyasının təsisçisi Bill Qeytsi geridə qoyub. Bu, illik rekord artım olub. B.Qeytsin kapitalı 127,7 milyard dollar dəyərində qiymətləndirilir.
Reytinqin birinci pilləsində var-dövləti 182 milyard dollar dəyərində qiymətləndirilən "Amazon" şirkətinin yaradıcısı Ceff Bezos qərarlaşıb. Dünyanın ən varlı insanları beşliyinə, həmçinin "Louis Vuitton Moët Hennessy" şirkətinin prezidenti Bernar Arno və "Facebook" qurucusu Mark Zukerberq daxildir.
Noyabrın 23-də ABŞ-ın "Tesla" elektromobil istehsalçısının səhmlərinin dəyəri hərraclar zamanı rekorda çatıb. Bir səhmin qiyməti hərracların cümə günündə başa çatan səviyyəsinə 7 faiz əlavə olunmaqla 524,96 dollaradək artıb. "Tesla" kotirovkaları şirkətin 21 dekabr 2020-ci ildə "S&P 500" birja indeksinə daxil olacağı ilə bağlı yayılan məlumatlar fonunda artım nümayiş etdirir. Ötən həftə səhmlər 16 faiz bahalaşıb.
Noyabrın 19-da İ.Maskın bir günə 7,6 milyard dollar varlanaraq dünyanın ən varlı insanları üçlüyünə daxil olması barədə məlumatlar yayılıb. O zaman onun sərvəti 10 milyard dollar dəyərində qiymətləndirilib. Sahibkar liderlər üçlüyündən kapitalı 104 milyard dollar təşkil edən "Facebook" rəhbəri Mark Zukerberqi sıxışdırıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Qumralın əri də müğənniliyə başladı - (Video)
-
UEFA Millətlər Liqası: Türkiyə evdə darmadağın oldu
-
Heyvan dişləyibsə, vaxt itirməyin: Həkimdən quduzluqla bağlı çağırış
-
Tikinti sektorunda yeni dələduzluq - (Video)
-
İllərdir zibil kimi atırdıq: Sən demə, saç tökülməsini bıçaq kimi kəsirmiş
-
Gələcəyin dili: Dünyanın ən varlı insanları niyə uşaqlarına Çin dili öyrədirlər?
XƏBƏR LENTİ
-
"Qarabağ"ın legioneri millidə zədələndi
-
Qumralın əri də müğənniliyə başladı - (Video)
-
Millətlər Liqası: Fransa Belçika yığmasına qalib gəldi
-
Neftin qiyməti kəskin bahalaşdı
-
Paytaxtın 17 küçəsində tıxac var
-
UEFA Millətlər Liqası: Türkiyə evdə darmadağın oldu
-
Heyvan dişləyibsə, vaxt itirməyin: Həkimdən quduzluqla bağlı çağırış
-
Tikinti sektorunda yeni dələduzluq - (Video)
-
İllərdir zibil kimi atırdıq: Sən demə, saç tökülməsini bıçaq kimi kəsirmiş
-
Gələcəyin dili: Dünyanın ən varlı insanları niyə uşaqlarına Çin dili öyrədirlər?
-
Çəngəl-bıçaq siyirtməsinə tabaşir qoyanların sayı sürətlə artır
-
Psixoloqlara görə kişilərin izahat vermədən yoxa çıxmasının səbəbləri
-
Müddəti bitən kredit kartlarını qayçı ilə kəsib atanlara xəbərdarlıq
-
Leyla Əliyeva “Harmoniya” sənədli filminin təqdimat mərasimində iştirak edib - (Foto)
-
Maşın da yumuşam, təkər də qaraltmışam, "bakkuş" da satmışam - Aktyor Səmimi Fərhadla müsahibə
-
Bu xəbərlər Samiri depressiyaya salıb
-
Qızılın qiyməti yenidən ucuzlaşdı - (Video)
-
Günün qoroskopu: Heç kəsə görə özünüzü dəyişməyin
-
Hər dəfə saata baxanda niyə eyni rəqəmləri görürük? - açıqlama
-
AYNA: 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
-
"Barselona"nın ulduzu PSJ və "Real"a qarşı oyunları buraxacaq
-
Azərbaycanda bu şəxslər aylıq müavinət ala bilərlər
-
Təyyar Bayramovun yubileyidir - (Video)
-
Yasamalda yeni yol və tunel inşa ediləcək - evlər söküləcək - (Video)





