Haram tikənin övlada təsiri
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İmam Sadiq (ə) buyurur: "Haram ruzinin təsiri nəsildə aşkar olar".
İslam dinimizin əhəmiyyət verdiyi mövzulardan biri də insanın halal yolla ruzi qazanması və haramdan uzaq olmasıdır. Çünki bu əməlin təsiri həyatın mühüm mərhələlərində özünü büruzə verəcəkdir. Belə ki, haram tikənin təsirini Aşura günündə "namazqılan" insanların İmam Hüseynə (ə) qarşı dayanmasında görmək olar. O yerə qədər ki, İmam (ə) buyurur: "Mənim sözlərimin sizin qəlbinizə təsir etməməsi, sizin əlinizə çatan haram hədiyyələrin təsirindəndir və sizin müşkülünüz - haram malla dolu olan qarınlarınızdır".
Milli.Az deyerler.org-a istinadən bildirir ki, haram malın insana təsiri ona bənzəyir ki, su damçıları yavaş-yavaş daşın üzərinə tökülər və onu deşər. Ona görə də belə insan həyatda çətinliklə qarşılaşan zaman, onun səbəbini bilmir. Misal üçün, iffətsizlik o bəlalardandır ki, uzun zamandır cəmiyyəti əhatə etmişdir. Hər nə edilirsə-edilsin, lakin qarşısını almaq asan bir iş deyildir. Bilməliyik ki, bu iffətsizliyin əsil səbəbi - haram tikə yeməkdir.
Haram tikənin təsirlərindən biri də budur ki, insanın övladları haqq və həqiqəti qəbul etməkdən imtina edərlər. Məsumlar (ə) buyurur ki, əgər qarın haram tikə ilə doludursa, onun zülməti bütün varlığı bürüyəcəkdir. Belə insan həm özünün və həm də ailəsinin abrını aparmağa hazır olar, ancaq nəfsani istəklərindən əl çəkməz.
Az deyildir o övladlar ki, haram tikənin təsirindən valideynlərinin gününü qara edirlər. İş o yerə gəlib çatar ki, valideyn nə belə övladı ilə yaşaya bilir, nə də onu tərk edə bilir. Bütün bunlar - haram tikənin tədrici təsirləridir. Ana özü hicab taxmasına baxmayaraq, qızı hicaba nifrət edər. Ana da şikayət edir ki, qızım niyə hicab taxmaqdan imtina edir? Bu ana bilmir ki, övladının tərslik etməsinin səbəbi - haram tikədədir.
Beləliklə deyə bilərik ki, haram tikə nəinki insanın özünə təsir edər, bəlkə bütün ailə üzvlərinə və övladlarına da təsir qoyar. Onları dindən uzaqlaşdırar və yolunu azmaqlarına səbəb olar. Belə ailədə abır aradan gedər və iffətsizlik baş alıb gedər. Səbəbi də budur ki, insan ailəsini haram ruzi ilə qidalandırar.
Allah Təala bizləri haram tikədən uzaq etsin!
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bakıda təhlükəli tikinti: Sakinlər hər gün ölümlə üz-üzə qalırlar - (Video)
-
Yumurta alarkən heç kim bu detala fikir vermir: Zəhərləyir
-
“Mehmed: Fetihler Sultanı” “Mənəm Türk” mahnısı ilə yayımlandı - (Video)
-
Günün qoroskopu: Qarşı tərəfin nə hiss etdiyini demədən anlaya biləcəksiniz
-
Özəl bağçalarda 8 min uşağın təhsilini dövlət maliyyələşdirəcək - (Video)
-
Xınalıq yolunda sürüşmə olub - (Video)
XƏBƏR LENTİ
-
Seda Sayan: "Türkiyədə tayı-bərabəri olmayan yeganə qadınam"
-
Bakıda təhlükəli tikinti: Sakinlər hər gün ölümlə üz-üzə qalırlar - (Video)
-
"Qızım Azərbaycanda təhsil alacaq" - Rəqsanə
-
Yumurta alarkən heç kim bu detala fikir vermir: Zəhərləyir
-
Mənzurə Musayevanın qardaşına yüksək vəzifə verildi - (Foto)
-
Hatəm Qocayev vəfat etdi - (Foto)
-
“Mehmed: Fetihler Sultanı” “Mənəm Türk” mahnısı ilə yayımlandı - (Video)
-
Zidan Deşamın çağırmadığı futbolçulara şans verir
-
Günün qoroskopu: Qarşı tərəfin nə hiss etdiyini demədən anlaya biləcəksiniz
-
Bakının iki rayonunda su olmayacaq
-
Zərərçəkən də "Beniz"in bəraətini istədi
-
Özəl bağçalarda 8 min uşağın təhsilini dövlət maliyyələşdirəcək - (Video)
-
CineMastercard Bakı hava limanının uçuş zonasında kinoteatr açıb - (Foto)
-
İlham Əliyevin sosial şəbəkə hesablarında beynəlxalq konfransların iştirakçılarının qəbuluna dair video paylaşılıb - (Video)
-
Minik maşını eşşək arabası ilə toqquşdu - Xəsarət alanlar var
-
Sabah Bakıda və bir neçə rayonda işıq olmayacaq
-
Zelenski Baş prokuroru vəzifəsindən azad edib
-
AFFA-da 3 yeni təyinat
-
Gökçe Dinçer ailə qurdu - (Foto)
-
Ronaldonun klubu ağır məğlubiyyətlə üzləşdi
-
Xınalıq yolunda sürüşmə olub - (Video)
-
Tramp Ali Məhkəməni sərt tənqid edib
-
Osman Sınav "Kurtlar vadisi"ndən təhdidə görə ayrılıbmış
-
Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirildi - (Foto)





