Infeksion endokardit
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İnfeksion endokardit, infeksion polipoz - yaralı iltihabi xəstəlik olub, qapaqlarda və qapaqaltı quruluşlarda vegetasiyaların əmələ gəlməsi, onların destruksiyası, funksiyalarının pozulması və qapaq çatışmazlığı ilə müşaiyət olunan xəstəlikdir. İnfeksion endokardit zamanı, müxtəlif üzv və sistemlərin zədələnmələri də baş verir. Narkomaniyanın geniş yayılması, əhalinin sosial vəziyyətinin qənaətbəxş olması xəstəliyin aktual qalmasına səbəb olur.
Xəstəliyin əmələ gəlməsində streptokokklar, stafilokklar, yaşıl - göy irin çöpləri, bağırsaq çöpləri, patogen göbələklər iştirak edir. İnfeksiyanın orqanizmə hardan düşməyini təyin etmək mümkün olmur. Buna görə də etiologiya həmişə naməlum qalır.
Xəstəliyin baş verməsində aşağıdakı infeksiya ocaqlarının rolu böyükdür:
1) Tonzillit, haymorit, kariesli dişlər, otit, osteomielit, frunkulyoz, proktit.
2) Qarın boşluğu üzvlərində, sidik-cinsiyyət üzvlərində, ürək-damar da aparılan hər hansı cərrahi müdaxilə.
3) Daxili üzvlərdə invaziv müayinələr, o cümlədən sidik kisəsinin kateterizasiyası, bronxoskopiya, kolonoskopiya, ağız boşluğunda hər hansı manipulyasiya.
4) Parenteral inyeksiyalar zamanı sterilliyə riayət olunmadıqda ( xüsusən narkomaniyada).
İnfeksion endokardit anadangəlmə və qazanılma olur.
Klinik əlamətlər infeksiyanın orqanizmdə daxil olmasından 2 - 4 həftə sonra üzə çıxır. Xəstəliyin ən çox nəzərə çarpan əlaməti qızdırmadır. Qızdırma bəzən yüksək, bəzən isə subfebril olur. Xəstənin dərisinin rəngi avazıyır. Xarakterik südlü-qəhvə rəngini alır. Uzun müddət davam edən xəstələrdə barmaqlar baraban çubuğu formasını alır. Xəstəlik özünü ürəkdə deyil, həmçinin ağciyərdə, beyində, damarlarda göstərir.
Diaqnozun qoyulmasında EKQ, qanın biokimyəvi analizi, sidiyin ümumi analizi və anamnez boyük əhəmiyyət kəsb edir. Rəngli doppler müayinəsi də diaqnozun qoyulmasında əhmiyyətlidir.
Müalicəsi:
Etiotrop müalicə aparılır. İnfeksiya-bakteriyanın növü aşkar olunaraq ona müvafiq müalicə taktikası seçilir. Göbələk mənşəli proseslərdə antifunqal terapiya tətbiq olunur.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“WhatsApp” bu telefonlarda artıq işləməyəcək
-
Günün qoroskopu: Sağlamlığınıza xüsusi diqqət yetirin
-
2027-ci illə bağlı Vanqanın proqnozu
-
Bakıda restorana məxsus transformator yanıb - Yenilənib - (Video)
-
Azərbaycanlı qadın aeroportda çətin anlar yaşatdı - (Video)
-
"Şəki Yaylası"nda faciəvi şəkildə ölən Coşqun və Ucalın (Fotosu)
XƏBƏR LENTİ
-
Xərçəng xəstələrinin sayı 67% artacaq
-
UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk oyunları keçirilib
-
Zərdabda ağır qəzada 5 nəfər yanaraq ölüb - (Foto)
-
“WhatsApp” bu telefonlarda artıq işləməyəcək
-
"Miss Avstriya"nın qalibi 22 yaşında vəfat etdi - (Foto)
-
Şəkidə faciəvi şəkildə ölən Ucal bu agentliyin əməkdaşı imiş
-
Sabah bir neçə rayonda işıq olmayacaq
-
"Tasnim": ABŞ İranın neft tankerinə raket hücumu edib
-
Günün qoroskopu: Sağlamlığınıza xüsusi diqqət yetirin
-
2027-ci illə bağlı Vanqanın proqnozu
-
Qatarın vurduğu 24 yaşlı Rahillə bağlı təsirli fakt
-
Bakıda restorana məxsus transformator yanıb - Yenilənib - (Video)
-
Heyvandarlıqda yeni subsidiya modeli: Fermerlər üçün nə dəyişəcək?
-
Azərbaycanlı qadın aeroportda çətin anlar yaşatdı - (Video)
-
Azərbaycanda bu şəxslər ödənişsiz psixoloji yardım alacaqlar
-
Xətai qaranlığa qərq oldu
-
24 yaşlı məşhur fud-bloger öldü
-
Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim edib - (Foto)
-
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
-
"Şəki Yaylası"nda faciəvi şəkildə ölən Coşqun və Ucalın (Fotosu)
-
"Şəki Yaylası" istirahət mərkəzində 2 nəfərin ölməsi ilə bağlı araşdırma aparılır - Yenilənib - (Video)
-
Nə istədiyini bilməyən bürclər
-
Balaxanıdakı yanğın söndürülüb - Yenilənib - (Video)
-
“Taşacak bu deniz”lə bağlı dəyişiklik edildi





