Maraqlı

Bu gəmi insan vücudunda səyahət edəcək

3 Noyabr 2020 21:50
Baxış: 1 237
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fiziklər 3D printerlə dünyanın ən kiçik, tükdən də nazik gəmisini düzəldiblər.

Hollandiyada bir fizik qrupu, öndən arxaya 30 mikrometr ölçüsündə, yəni bir saç tükünün üçdə biri qalınlığında dünyanın ən kiçik gəmisini düzəldiblər.

Milli.Az techland.az-a istinadən bildirir ki, gəmi insan bədənində dərman daşıması üçün nəzərdə tutulub.

Gəminin hazırlanması üçün3 D printerdən istifadə olunub.

Gəminin hazırlanma məqsədi insan bədənində gəzə bilən və xəstəlikləri müalicə etmək üçün potensial dərmanlar daşıya bilən kiçik mikro obyektlər istehsal etmək olduğu bildirilib.

Yuxarıdakı şəkildə göründüyü kimi, Leiden Universitetinin fizikləri kiçik qayıqla bərabər eyni ölçülərdə sivri bir kürə, ulduz gəmisi, spiral və spiral gövdə də istehsal etdilər. Bunlardan bəzilərinin ölçüləri 15 mikrometr, bəzilərinin isə cəmi 6 mikrometrdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.