SpaceX-in rəsmi elektron poçtu ermənilərdən gələn mesajlarla dolub. Məlumata görə, ermənilər Elon Musk-dan Türksat 5A-nı kosmosa göndərməməyi tələb edirlər.
Milli.Az ted.az-a istinadən bildirir ki, Azərbaycan Ordusunun Dağlıq Qarabağdakı uğurlarından narahat olan ermənilər bu elektron poçt mesajları ilə Türkiyə və SpaceX arasındakı əməkdaşlığı poza biləcəklərini düşünürlər.
Mesajların tam mətni açıqlanmasa da, başlıq hissədə "Elon Musk erməni olsa, nə olardı?" ("What if Elon was armenian?") sözlərinin yazıldığı deyilir.
Qeyd edək ki, Türksat 5A kosmosa SpaceX-in Falcon9 raketi ilə göndəriləcək.
Milli.Az