Maraqlı

“Microsoft” “portativ” data mərkəzləri yaradıb

27 Oktyabr 2020 19:10
Baxış: 528
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Microsoft" korporasiyası "Azure" (MDC) modul məlumat emalı mərkəzini təqdim edib. O, mahiyyət etibarilə daxilində serverlərin olduğu böyük qutu şəklindədir. Şirkətin planlarına görə, texnologiya ucqar yerlərdə tətbiq edilərək peyk rabitəsi operatorları vasitəsilə internetə fasiləsiz çıxışı təmin edəcək. Belə data mərkəzlərindən mobil komanda mərkəzləri kimi, humanitar yardımların göstərilməsi və ya hərbi missiyalar zamanı istifadə nəzərdə tutulur.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, "Microsoft" nümayəndələrinin sözlərinə görə, bütün dünyada rabitə siqnalının zəif səviyyədə olduğu və xüsusiləşmiş infrastruktura məhdud çıxışlı əlverişsiz şəraitli ərazilərdə "bulud" hesablamaları və məlumatların saxlanmasına tələbat mövcuddur. "MDC" bu problemi həll edərək məlumat emalı hesablama resurslarını lazım olan yerdə təklif edir.

Qeyd olunur ki, "MDC" daxilində məlumatlar hava və digər istənilən əlverişsiz şəraitdən, o cümlədən radiotezlik şülanmasından etibarlı qorunur. Ən birinci tərəfdaşlardan biri serverləri "Starlink" peyk interneti üçün istifadəni planlaşdıran "SpaceX" şirkəti olacaq. Bununla əlaqədar "Microsoft" İlon Maskın genişzolaqlı peyk interneti şəbəkəsi vasitəsilə müştəriləri bütün xidmətlər dəsti ilə təchiz edə bilən "Azure Space" təşəbbüsünü istifadəyə verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.