Davamlı smartfon istifadəsi nələrə səbəb olur?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Əzələdə, boyunda, kürəkdə, çiyinlərdə ağrılara son zamanlar yeniyetmələrdə də rast gəlinir. Adətən boyun ağrıları ilə daha çox yaşlı pasiyentlər müraciət edirdilərsə, hazırda cavan pasiyentlərin sayı artır.
Milli.Az e-tibb.az-a istinadən bildirir ki, bunu həkim-fizioterapevt, Mərkəzi Gömrük Hospitalının həkimi Səidə Kərimova bildirib.
Mütəxəssis bunun smartfonların istifadəsi ilə bağlı olduğunu deyib. Onun bu barədə fikirlərini təqdim edirik:
Smartfonlar və qadjetlər müasir həyatımızda öz yerini möhkəm tutub. Biz bu balaca ekransız gündəlik işimizi çətin təsəvvür edə bilərik. Saatlarla smartfon və ya planşetdə iş prosesi hamıya tanışdır. Qadjetlərdə işləməyimizi azaltmaq istəsək də, bu cihazlar həyatımızda möhkəm yer alıb. Onların davamlı istifadəsi nəticəsində yüklənmə stressi və zədələnmə yarana bilər. Bunlara ilk öncə "text neck" sindromu aiddir.
Smartfona baxanda başınızı aşağı tutursunuz və bu boynunuzun neytral və təbii pozisiyasını pozur. Bir müddət keçəndən sonra boyun əzələləriniz dartılır və boyun strukturlarının zəifləməsinə və sıradan çıxmasına səbəb olur.
Boynunuz qabağa gedəndə çiyinləriniz yuxarı və qabağa gedir, boyun və çiyin əzələlərində spazm müşahidə olunur. Boyun əzələlərimiz düz pozisiyada başımızın çəkisini saxlamaq üçün (5 kq) hesablanıb. Başınızı qabağa aparanda bu yük bir neçə dəfə artır və çənəniz sinəyə yaxınlaşanda 30 kiloya qədər arta bilir. Əzələ ağrısına əlavə olaraq "text neck" narahatçılıq yarada bilər. Həmçinin, smartfonla işləyəndə düzgün olmayan qamət ağciyərin normal ventilyasiyasına da müəyyən əngəl yarada bilər.
Çıxış yolu ondadır ki, smartfonu istifadə etdikdə başınızı aşağı əyməyin və qamətinizə fikir verin. Ekranı göz səviyyəsində tutun. Əlbəttə, bu narahat pozisiyadır, lakin smartfonlar erqonomik olaraq uzunmüddətli iş üçün hesablanmayıb.
Davamlı çap edən baş barmaqda tenosinovit kimi problem yarana bilir. Bu vəziyyətdə böyük barmağın vətərləri iltihablaşır və ağrı verə bilir. "Nielsen" analitik kampaniyasının məlumatına görə orta hesabla yeniyetmələr ay ərzində 3 338 mesaj yazır. Eyni zamanda 77% yeniyetmələr həftədə orta hesabla 12 saat video oyun oynayırlar. Belə hallarda baş barmaq yüklənir. Nəticədə xroniki stresdən barmağın vətəri zədələnir və ağrımağa başlaya bilər. "Text neck" çap edən baş barmağın smartfonu davamlı istifadəsi zamanı yarana bilir və tez-tez rast gəlinən problemlərdəndir.
Smartfonlar və qadjetlər bizim işimizi asanlaşdırır. Eyni zamanda iş zamanı düzgün erqonomika və istifadə qaydaları bizi bir sıra qaydalardan qoruya bilər.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bu ərazilər qazsız qalacaq
-
Arda Turanın 7,5 milyon dollarını "yeyən" qadın yenidən məhkəmədə - 102 il...
-
İndoneziyada 241 sərnişini olan gəmi yoxa çıxdı
-
Türk bayrağına tüpürən turistə bu cəza veriləcək
-
Bu küçələrə giriş bağlandı
-
Rusiyada bu hava limanları bağlandı
-
"Zirə" "Qarabağ"a qarşı
-
Rəşad Dağlının qızı ilə Orxan Lökbatanlının dueti maraq yaratdı - (Video)
-
- Sürücülərin diqqətinə: Bu prospektdə təmir aparılacaq
-
Azərin anasını belə təbrik etdi - (Video)
-
“Kirayə götürmüşük” dediyi qızıllar odunluqdan çıxdı - (Video)
-
Orada Putinlə Zelenski arasında görüş qeyri-mümkündür - Peskov
-
İsmayıllıda qəza - Ölən var
-
Azərbaycanlı aktyor qızı ilə - (Foto)
-
“Real” Madrid derbisində darmadağınla qalib gəldi
-
Qoz yağının faydaları - necə istehlak edilməlidir?
-
Astarada ilk kivi yığımı başladı - (Video)
-
Azərbaycanlı məşhurların arxiv görüntüləri müzakirə yaratdı - Ən çox kim dəyişib? - (Fotolar)
-
Türkiyə mətbəxindən haydari resepti
-
Xərçəng riskini artıran çay və ya qəhvənin özü deyilmiş: Əsl təhlükə budur
-
Özünü sizdən ağıllı hesab edənlərin işlətdiyi cümlələr
-
Sürücülər bu mahnılara qulaq asmasın
-
"Selena"nın ulduzları gəlinlikdə - (Fotolar)
-
Psixoloqlara görə, soyuducuya maqnit asmaq bunu bildirirmiş





