Böyük ölçüdə asteroid noyabrın 3-də - ABŞ-da baş tutacaq prezident seçkilərindən bir gün əvvəl Yer kürəsinə düşə bilər.
Milli.Az oxu.az-a isitnadən xəbər verir ki, bu barədə amerikalı astrofizik Nil Deqrass Tayson məlumat yayıb.
Astrofizikin sözlərinə görə, indi göy cismi saatda 25 min mildən yüksək sürətlə Yerə doğru hərəkət edir.
Bununla belə, alim əmindir ki, asteroid Yerdə yaşayan insanlara zərər verəcək və ya ABŞ-da prezident seçkilərini pozacaq qədər təhlükəli nəticələrə səbəb olmayacaq.
Milli.Az