Opel yenlənmiş Crossland modelini təqdim edib - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Opel şirkəti yenmilənmiş Crossland krossoverini təqdim edib. Birinci nəsil Peugeot 2008 platformasında qurulmuş model, yeni Mokka ilə eyni üslubda dizayna malik olub. Yenilənmiş krossoverin Avropadakı satışlarına 2021-ci ildə başlanacaqdır.
Yeniləmə ilə bərabər Crossland adındakı X hərfini itirib. Xatırladaq ki, yeni Opel Mokka modeli də X indeksindən məhrum olub. Şirkət tərəfindən vəd edildiyi kimi, yenilənmiş Crossland modelində Vizor üslubu tətbiq edilib. Bu üslub LED fənərlərin və yalançı radiator barmaqlığının (həqiqi barmaqlıq aşağıda yerləşir) xrom haşiyəsi olan vahid panel birləşdirilməsini nəzərdə tutur. Avtomobilin arxa hissəsində qanad formalı tərtibatı olan yeni tündləşdirilmiş fənərlər və parlaq qara rəngli bölməyə malik olan baqaj qapağı (qara damla birlikdə mövcuddur) peyda olub.
Yenilənmiş Crossland modeli ikirəngli kuzova (damı parlaq qara rəngə boyanır) və idman üslubunda interyer tərtibatına malik olan GS Line + versiyasında da təklif edilir.
İnteryerdəki yeniliklər keyfiyyəti yaxşılaşdırılmış tərtibat materiallarından və yenidən işlənmiş qrafikası olan multimedia sistemindən ibarətdir. Multimedia sisteminin ekranının maksimal ölçüsü səkkiz düymdür. Baqajın bölümünün həcmi arxa divanın yerindən asılı olaraq (150 millimetr aralığında hərəkət edir) 410 ilə 520 litrə qədər dəyişir. Oturacaqların qatlanması halda bu rəqəm 1255 litrə qədər arta bilər.
Mövcud avadanlıqların siyahısına proyeksiya ekranı, avtomatik təcili əyləclənmə sistemi və piyadanı aşkar edərək öndən toqquşmaların qarşısını alan sistem, sürücünün yorğunluq səviyyəsinə nəzarət, panoramik arxa kamera və avtomatik parkinq köməkçisi daxildir.
Texniki yeniliklər arasında yeni yaylar və amortizatorlar, habelə dəyişdirilmiş sükan idarəetməsi var. Bundan əlavə, dartmaya nəzarət elektronikasının alqoritmini dəyişdirən IntelliGrip sistemi də modelin təchizatına daxil edilib. Ümumilikdə beş hərəkət rejimi mövcuddur: əsas Normal/On Road, Snow, Mud, Sand və ESP Off. Birinci rejim ESP və dartmaya nəzarət sistemi şəhərdə, kənd yollarında və magistral yollarda normal şəraitdə hərəkəti, ikinci rejim isə 50 km/saata qədər sürətdə qar və buz üzərində optimal tutuşu təmin edir. Üçüncü rejim təkərlərin daha intensiv sürüşməsinə imkan verir, dördüncü rejim hər iki aparıcı təkərlərinin eyni vaxtda xırda sürüşməsini təmin edir və nəhayət, beşinci rejim stabilizasiya və dartmaya nəzarət sistemlərini 50 km/saata qədər sürətlərdə tamamilə söndürür.
Yenilənmiş Opel Crossland modelinin mühərrik çeşidi dəyişməyib. Krossover əvvəlki kimi, 83 at qüvvəli 1,2-litrlik üçsilindrli atmosfer benzin mühərriki ilə təklif edilir. Eyni həcmli turbomühərrik də iki güc variantında mövcuddur - 110 və 130 at qüvvəsi. Alternativ olaraq, 110 və 120 at qüvvəsi hasil edən 1,5-litrlik turbodizel təklif olunur. Transmissiya çeşidinə beş və ya altı pilləli mexaniki ötürmələr qutusu və altı pilləli "avtomat" daxildir. Ötürmə yalnız ön oxadır.
Yenilənmiş Opel Crossland modelinin satışlarına 2021-ci ilin əvvəlində başlanmalıdır. Çox güman ki, Crossland modeli Azərbaycan bazarında da təklif ediləcəkdir.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Qarğıdalı ununda közlənmiş badımcan qızartması
-
Liftə minən azyaşlıya qarşı zorakılıq edən şəxs saxlanıldı - VİDEO
-
Bakıda motoxuliqanlıq edən şəxs həbs olunub (Video)
-
Bakıda küçədə təhlükəli vəziyyət - (Video)
-
Hövsanda xəsarətlə nəticələnən qəzanın anbaan (Videosu)
-
"Neftçi" yarımmüdafiəçisini göndərdi
XƏBƏR LENTİ
-
Qarğıdalı ununda közlənmiş badımcan qızartması
-
Tramp: Rusiya və Ukrayna münaqişəni bitirmək istəyir
-
Liftə minən azyaşlıya qarşı zorakılıq edən şəxs saxlanıldı - VİDEO
-
Portuqaliya - İspaniya: Heyətlər
-
"Yağlı dəriyə yağ çəkilməz" mifinin sonu: Sebumu jojoba ilə ram edin
-
Bakıda motoxuliqanlıq edən şəxs həbs olunub (Video)
-
“Qatar Airways”in təyyarəsi ehtiyat hava limanı kimi Bakıya eniş edib
-
Rutte: NATO Ukraynanı dəstəkləməyə davam edəcək
-
Anna Asti tək qalmaq üçün bir kəndi satın aldı
-
Qaqik Tsarukyan saxlanıldı
-
Bakıda küçədə təhlükəli vəziyyət - (Video)
-
Mərdəkanda bir ailənin 4 üzvü dənizdə batıb: 2-si xilas edilib, 1-nin meyiti tapılıb
-
UEFA İnfantinoya rəqib axtarılır
-
Tramp: İranda rejim dəyişikliyi axtarışında deyiləm
-
Aila Ray qəzadan 1 il 7 ay sonra yeriməyə başladı (Foto)
-
YAP-ın altı rayon təşkilatında sədr dəyişikliyi olub (Foto)
-
İllər "Hababam sınıfı"nın aktyorunu belə dəyişdi (Foto)
-
Dünya çempionatının oyununa bilet səkkiz milyon dollara satılır
-
Məhərrəm ayı başa çatacağı tarix açıqlandı
-
Kiyev "İsgəndər"lə vuruldu: 15 ölü, 56 yaralı var - Yenilənib
-
Rihananı toya çağırmaq istəyən cütlük mat qaldı - 10 milyon istəyir
-
Sabah Balaxanıda qaz olmayacaq
-
Serj Sarkisyanın 1,7 milyon dollarlıq əmlakı müsadirə edilib
-
Leyla Əliyeva Qəbələdə fərdi sərginin açılışında və ağacəkmə aksiyasında iştirak edib (Foto)





