Alkoqol, tütün və narkotiklər hamilələrə və körpələrə necə təsir edir?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Zərərli vərdişlərin orqanizmdə çoxsaylı mənfi təsirlərinin olduğunu bilirik. Bu barədə vaxtaşırı maarifləndirici məlumatlar açıqlanır. Hamilələrin spirtli içkilər, tütün, narkotiklərdən istifdaəsi isə daha böyük fəsadlara səbəb olur.
Onlar hansılardır?
Milli.Az "Erkən Uşaqlıq Dövründə İnkişaf" layihəsinin hazırladığı (UNICEF və Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinin birgə icra etdiyi layihə) məqaləni təqdim edir:
Xroniki olaraq spirtli içki içən qadınların uşaqlarında aşağıdakılar müşahidə olunur:
34,5% hallarda vaxtından əvvəl doğulanlar
19% hallarda fiziki cəhətdən zəiflik.
3 % hallarda müxtəlif inkişaf ləngiməsi
Hər gün təxminən 6 stəkan şərab içən hamilələrdə alkoqol sindromlu uşaqlar doğulur. Yenidoğulmuşlarda alkoqol sindromunun inkişafı, dölün normal inkişafı üçün zəruri olan fol turşusunun azalmasına səbəb olur, dölə zəhərli təsir göstərir.
İçki içən qadınların yeni doğulmuş uşaqlarında bunlar qeyd olunur:
Fiziki və zehni inkişafda ümumi ləngimə və beyin formalaşmasının pozulması (beynin ölçüsünün azalması və beynin sulu şişi)
Nevroloji pozuntular (titrəyən əzalar, qıcolmalar, əzələ tonusunun azalması)
Zəif əmmə refleksi.
Anadangəlmə ürək və böyrək qüsurları.
İnkişaf ləngiməsi ilə doğulan uşaqlara xarakterikdir:
Qısa və dar göz yarıqları.
Dar və əyri alın.
Qalınlaşmış yuxarı dodaq.
Kiçik alt çənə.
Psixomotor, xüsusən nitq inkişafında ləngimə.
Emosional və əqli inkişafda ləngimə
Siqaret çəkən qadınların yeni doğulmuş körplərinin çəkisi siqaret çəkməyənlərə nisbətən daha azdır, bu nikotinin uşaqlığın damarlarına birbaşa təsiri və siqaret çəkən zaman qanda oksigen çatışmazlığının yaranması ilə izah olunur.
Membranların tez-tez yırtılması və plasentanın vaxtından əvvəl ayrılması vaxtından əvvəl doğuşun baş verməsinə səbəb olur. Dölün toxumalarında toplanan və siqaret tüstüsündən ananın ciyərlərinə girən qatranlar yenidoğulmuşlarda bədxassəli şiş riskini xeyli artırır.
Narkotiklər arasında kokain embrionda və döldə pozuntuların yaranmasına səbəb olur. Narkotik istifadə edən hamilə qadınlarda plasentanın vaxtından əvvəl ayrılması səbəbindən körpənin də vaxtından əvvəl doğulması halları baş verir. Bundan başqa, uşaqlarda pozulmuş əmmə refleksi, mədə-bağırsaq traktının pozulması, əsəbilik, narahatlıq ilə xarakterizə olunan anadangəlmə narkotik asılılığı da müşahidə olunur.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Çində yük gəmisində yanğın oldu - 20 ölü var - (Video)
-
Bakıda sürücünün diqqətsizliyi az qala faciəyə səbəb olurdu - (Video)
-
Röyanın keçmiş əri atasının azadlığa çıxmasından danışdı: "Məni görəndə..."
-
Azərbaycanlı qadına ABŞ-də yüksək vəzifə verildi
-
Bakıda tıxacda qalan taksi sürücüsü görün nə etdi - (Video)
-
3 gün, 3 gecə davam edən toy: Özbək gəlin 4 milyonluq qızıllarla yoxa çıxdı - (Video)
XƏBƏR LENTİ
-
Çində yük gəmisində yanğın oldu - 20 ölü var - (Video)
-
Renat Dadaşov Ukrayna klubunda
-
Məcnun Məmmədov özünə yeni müşavir təyin etdi
-
Hakimi təhqir edən futbolçuya ağır cəza
-
İstanbulda atışma: Yaralılar var
-
Paşinyan məhkəməyə verildi
-
Kirayədə yaşadığı evdən oğurluq etdi
-
Azərbaycanda bu məhsullar bahalaşdı
-
Bu heyvanları saxlayanlara 1000 manat veriləcək
-
Əlcəzair BƏƏ ilə diplomatik əlaqələri kəsdi
-
Azıx mağarasından silah anbarı kimi istifadə edilib
-
Bakıda sürücünün diqqətsizliyi az qala faciəyə səbəb olurdu - (Video)
-
Sahibsiz heyvanlar üçün sığınacaqlar tikiləcək
-
Tramp yatmaqdan imtina edir
-
Röyanın keçmiş əri atasının azadlığa çıxmasından danışdı: "Məni görəndə..."
-
Paşinyan Makronla görüşüb
-
Bu ölkədə hər il 20 minə yaxın insan intihar edir
-
Azərbaycanlı qadına ABŞ-də yüksək vəzifə verildi
-
Ölmüş heyvanlarla bağlı yeni qayda
-
Bakıda tıxacda qalan taksi sürücüsü görün nə etdi - (Video)
-
Şükürbəyli kəndində daha 25 ailəyə evlərinin açarları təqdim olunub - (Yenilənib)
-
Prezident İlham Əliyev Azərbaycanın yəhudi icmasını Roş ha-Şana münasibətilə təbrik edib
-
Qolları olmayan körpənin taleyi necə oldu? - Rəsmi açıqlama
-
Prezident İlham Əliyev qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramını təsdiqləyib





