Maraqlı

Məşhur aktrisa gizli şəkildə evlənib - FOTO

23 Sentyabr 2020 10:55
Baxış: 1 901
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aktrisa Emma Stoun və SNL-in rejissoru Deyv Makkeri ailə həyatı qurub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Daily Mail" xəbər yayıb.

Məlumata görə, cütlük nişanlandıqlarını ötən ilin dekabr ayında elan etmişdi, bu ilin martında isə toyları gözlənilirdi. Ancaq koronavirus pandemiyası səbəbindən mərasimin təxirə salındığı deyildi.

Nəşr əslində həmin vaxt nikah mərasiminin olduğu iddialarını irəli sürüb.

Paparazi 31 yaşlı Emma ilə 35 yaşlı Deyvi Los-Anceles şəhərində gəzintidə çəkib. Hər iki cütlüyün barmağında üzük olub. Aktrisa iri qaşlı nişan üzüyünü, sadə klassik qızılla əvəz edib. Bundan başqa Stounun əynində onun yumru qarnını gizlədə bilməyən kombinezon olub.

Bundan sonra onun hamiləliyi barədə ehtimallar irəli sürülüb.

Milli.Az

 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.