Maraqlı

Orqanizmin qeyri-spesifik mühafizə amilləri

17 Sentyabr 2020 07:11
Baxış: 797
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Orqanizmin yoluxucu xəstəliklərdən qorunmasında iştirak edən qeyri-spesifik mühafizə amilərinə aşağıdakılar aiddir:
- Bədən temperaturu.
Yüksək temperatur bir sıra mikroorqanizmlərə öldürücü təsir göstərir. Quşların bədən temperaturu məməlilərə nisbətən yüksək olduğuna görə onlar qarayara xəstəliyinə tutulmurlar. Lakin süni surətdə soyudulmuş göyərçinlərdə qarayara xəstəliyinin törədicilərinə qarşı həssaslıq yaranır.
- Toxumalarda oksigenin miqdarı.
Mühitdə oksigenin miqdarı kifayət qədər olduqda anareob mikroorqanizmlərin inkişafı və çoxalması ləngiyir. Tetanus və qazlı qanqrena xəstəliyinin törədiciləri yalnız anaerob şəraitdə çoxalır.
- Hidrogen ionlarının qatılığı.
Normal infeksion amillərə nisbətən çox təmasda olan sahələrində hidrogen ionlarının qatılığı kifayət qədər yüksək olur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.