Lyuis Həmilton "xəyallarının avtomobili" barədə danışıb və fanatların tənqidinə məruz qalıb - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Formula 1 üzrə altıqat dünya çempionu Lyuis Həmilton Instaqram şəbəkəsindəki hesabında Mercedes-Benz EQS seriya elektrokarının debütünü səbirsizliklə gözlədiyini bildirib. Bununla belə, pilotun pərəstişkarlarının bir hissəsi onun açıqlamasını layiqincə qiymətləndirməyiblər.
Lyuis Həmilton məşhur vegetarianlardan biridir və tez-tez öz pərəstişkarlarını ekoloji problem barədə düşünməyə və ətraf mühitə vurulan zərəri azaltmaq üçün elektromobillərə keçməyə çağırır. Bu dəfə altqat dünya çempionu "xəyallarının avtomobilinin" Mercedes-Benz EQS olacağını söyləyib. Xatırladaq ki, EQS modelinin prototipi 2019-cu ildə Frankfurt avtosalonunda nümayiş etdirilmişdi.
Milli.Az autograph.az-a istinadən bildirir ki, bununla birlikdə, pilotun pərəstişkarlarının əksəriyyəti, aktiv "yaşıl" mövqeyinə baxmayaraq, Formula 1 pilotunun hazırki fəaliyyətinin ətraf mühitə zərər vurmaqla əlaqədar olduğu üçün onu qınayırlar.
Bundan əlavə, britaniyalı pilotun qarajında ənənəvi daxili yanma mühərrikləri ilə hərəkətə gələn çoxlu sayda superkarlar vardır. Məsələn, Həmilton, McLaren P1, Ferrari LaFerrari və 599 Aperta, Pagani Zonda 760, həmçinin Ford Shelby Mustang GT500 və bir neçə Mercedes-Benz avtomobilinə sahibdir.
Bundan əlavə, Hamiltonun tez-tez köpəklərini daşımaq üçün istifadə etdiyi xüsusi təyyarəsi də var. Bu baxımdan pilotun pərəstişkarları sponsor şirkətdən alınacaq bir elektromobil pilotun ətraf mühitə vurduğu gündəlik ziyanı kölgədə qoya bilməyəcəyini söyləyiblər.
Keçən dekabr ayında Həmilton Mercedes-Benz şirkətindən daxili tərtibatda təbii dəri istifadəni dayandırmasını istəmişdi. İdmançı, ətraf mühitin qorunması üçün alman konsernini yeni sintetik və bitki əsaslı materiallara üstünlük verməyə çağırmışdı.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Şəbnəm Tovuzlu 50 minlik qızıllarını nümayiş edirdi - (Video)
-
Lamin Yamal: “Mən və o, ən yaxşı futbolçularıq”
-
Türkiyəli aktrisa yenidən saxlanıldı - (Foto)
-
M7 ekspres avtobusunda təhlükəli vəziyyət - (Video)
-
Bakıda aptekdə qəribə elan: 110 yaşdan yuxarı şəxslərə... - (Video)
-
“Ürəyim yeniyetmə qızlar kimi döyünür” - 4-cü dəfə ərə gedən türk aktrisa - (Video)
XƏBƏR LENTİ
-
Şəbnəm Tovuzlu 50 minlik qızıllarını nümayiş edirdi - (Video)
-
Bakıda kişi çarpayıdan yıxılıb öldü
-
Lamin Yamal: “Mən və o, ən yaxşı futbolçularıq”
-
Bir həftədə 1348 hektardan çox ərazi minalardan təmizləndi
-
Bərdədə ana xəstəxanaya çatmamış doğuş etdi
-
İki nəfərin öldüyü ziplayn faciəsində yeni versiya ortaya çıxdı - (Foto)
-
Polis əməliyyat keçirdi: 8 avtomat, 1 tapança, 8 tüfəng götürüldü
-
Qazın qiyməti bahalaşdı
-
Gürcüstanda DTX rəisi istefa verdi
-
Səudiyyə Ərəbistanının 4 şəhərində fövqəladə vəziyyət
-
Qatarların hərəkət intervalı dəyişdirilir
-
Rəşad Həsənova yüksək vəzifə verildi
-
"Bilik günü"nün hava proqnozu açıqlandı
-
Qurban Qurbanov əsas komandadan qovulan Abbas Hüseynovdan danışdı
-
Prezident İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının baş katibini qəbul edib - (Video/Foto)
-
Türkiyəli aktrisa yenidən saxlanıldı - (Foto)
-
Bakıda 12 yaşlı qız faciəli şəkildə öldü
-
Ötən həftə Azərbaycanda 3 nəfərin meyiti aşkarlandı
-
Sentyabrın 15-də məktəblərdə ilk dərs belə olacaq
-
İrandan Azərbaycana narkotik keçirmək istədilər
-
TDT müsəlman dini idarə rəhbərləri Prezident İlham Əliyevə müraciət ünvanlayıblar
-
M7 ekspres avtobusunda təhlükəli vəziyyət - (Video)
-
Bakıda aptekdə qəribə elan: 110 yaşdan yuxarı şəxslərə... - (Video)
-
“Ürəyim yeniyetmə qızlar kimi döyünür” - 4-cü dəfə ərə gedən türk aktrisa - (Video)





