Maraqlı

Enerjili içkilər uşaq və yeniyetmələrə necə təsir edir?

20 Sentyabr 2020 22:15
Baxış: 721
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Enerjili içkilərdən istifadə edənlər arasında uşaq və yeniyetmələr də çoxdur. Bu içkilərin ziyanları barədə mütəmadi olaraq açıqlamalar verilsə də, artıq bir çoxlarında içkiləri qəbul etmək vərdiş halını alıb. Enerjili içkilər uşaq və yeniyetmələrə necə təsir edir? Bu içkilər onların orqanizmində hansısa fəsadlara səbəb ola bilərmi?

Milli.Az e-tibb.az-a istinadən bununla bağlı pediatr, uzman həkim Ülvi Əliyevin fikirlərini təqdim edir:

Son vaxtlar təkcə idmançılar deyil gənclər arasında da enerji içkiləri çox içilməkdədir. "Yorğunluğum çıxsın", "yuxum gəlməsin", "başım ağrımasın", deyə bunları bolluca içənləri hər yerdə görmək olar.

Bu içkilər içində kofein, guarana, taurin, jenşen, L karnitin, kreatin, yohimbin, tiramin kimi stimulyasiya edici maddələrlə birgə, vitamin, karbonhidratlar,elektrolitlər də ehtiva edir. Dadları yaxşı olduğu, susuzluğu yatırmaları və əlavə enerji səbəbi ilə şirnikləndiricidirlər.

Bu maddələrin idmançı uşaq və yeniyetmələrin qidalanmasında işlənməsi normal hal deyil. Çünki əsəbilik, ürək döyünməsi, yuxusuzluq kimi əlavə təsirləri var. Məsələn, bəzi içkilərdə kofein 50 mg miqdarındadır ki, aludəçilik yarananda diqqətsizlik, başağrısı, depressiya, əzələ ağrısı, qusma, yorğunluq kimi hallar ortaya çıxır. Limon turşusu dişlərdə karies yaradır.
İdman içkiləri isə sadəcə, tərlə itirdikləri su və elektrolitləri bərpa edərək vitamin və karbohidratları zəngin olan dadlandırılmış mayelərdir. Əziz valideynlər və məşqçilər, uşaqların bu içkilərdən istifadəsinə imkan verməyin.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.