Bu yaşda uşaqlar koronavirusa daha çox yoluxur
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanda uşaqlar arasında 8-18 yaş arasında olanlarda koronavirus xəstəliyinə daha çox rast gəlinir.
Milli.Az e-tibb.az-a istinadən bildirir ki, Rusiyanın Pediatrların Təhsil Assosiasiyası onlayn rejimdə beynəlxalq elmi-praktik konfrans keçirib. Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (ADHTİ) pediatriya kafedrasının dosenti, tibb elmləri doktoru Zemfira Quliyeva "Azərbaycanda uşaqlarda koronavirusun kliniki xüsusiyyətləri və müalicəsi" mövzusunda məruzə ilə çıxış edib. Məruzədə dünyada uşaqlar arasında COVID-19 infeksiyası ilə əlaqədar aparılan tədqiqatların nəticələri və Azərbaycandakı vəziyyət haqqında məlumat verilib.
Məruzəçi Bakı şəhərinin klinikalarında nəzarətdə olan müxtəlif yaş qruplarına məxsus 319 xəstə uşaqda yeni növ koronavirus (COVID-19) infeksiyasının kliniki xüsusiyyətlərini təhlil edərək bildirib ki, onların 67,1 faizində xəstəlik asimptomatik gedişə malik olub. Azərbaycanlı həkim-pediatrın verdiyi məlumata görə, 8-18 yaş arasında olan uşaqlarda xəstəliyə daha çox rast gəlinib. 234 uşağın ümumi vəziyyəti kafi kimi qiymətləndirilib və onların simptomlarında klinik hipertermiya və öskürək üstünlük təşkil edib.
Aparılan müayinələrin yarıdan çoxunda qanda limfopeniya və leykopeniya hallarına rast gəlinib. Onlayn mühazirənin yekununda alınan nəticələr digər alimlərin apardığı tədqiqatlarla müqayisə edilib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Şəbnəm Tovuzlu 50 minlik qızıllarını nümayiş edirdi - (Video)
-
Lamin Yamal: “Mən və o, ən yaxşı futbolçularıq”
-
Türkiyəli aktrisa yenidən saxlanıldı - (Foto)
-
M7 ekspres avtobusunda təhlükəli vəziyyət - (Video)
-
Bakıda aptekdə qəribə elan: 110 yaşdan yuxarı şəxslərə... - (Video)
-
“Ürəyim yeniyetmə qızlar kimi döyünür” - 4-cü dəfə ərə gedən türk aktrisa - (Video)
XƏBƏR LENTİ
-
Şəbnəm Tovuzlu 50 minlik qızıllarını nümayiş edirdi - (Video)
-
Bakıda kişi çarpayıdan yıxılıb öldü
-
Lamin Yamal: “Mən və o, ən yaxşı futbolçularıq”
-
Bir həftədə 1348 hektardan çox ərazi minalardan təmizləndi
-
Bərdədə ana xəstəxanaya çatmamış doğuş etdi
-
İki nəfərin öldüyü ziplayn faciəsində yeni versiya ortaya çıxdı - (Foto)
-
Polis əməliyyat keçirdi: 8 avtomat, 1 tapança, 8 tüfəng götürüldü
-
Qazın qiyməti bahalaşdı
-
Gürcüstanda DTX rəisi istefa verdi
-
Səudiyyə Ərəbistanının 4 şəhərində fövqəladə vəziyyət
-
Qatarların hərəkət intervalı dəyişdirilir
-
Rəşad Həsənova yüksək vəzifə verildi
-
"Bilik günü"nün hava proqnozu açıqlandı
-
Qurban Qurbanov əsas komandadan qovulan Abbas Hüseynovdan danışdı
-
Prezident İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının baş katibini qəbul edib - (Video/Foto)
-
Türkiyəli aktrisa yenidən saxlanıldı - (Foto)
-
Bakıda 12 yaşlı qız faciəli şəkildə öldü
-
Ötən həftə Azərbaycanda 3 nəfərin meyiti aşkarlandı
-
Sentyabrın 15-də məktəblərdə ilk dərs belə olacaq
-
İrandan Azərbaycana narkotik keçirmək istədilər
-
TDT müsəlman dini idarə rəhbərləri Prezident İlham Əliyevə müraciət ünvanlayıblar
-
M7 ekspres avtobusunda təhlükəli vəziyyət - (Video)
-
Bakıda aptekdə qəribə elan: 110 yaşdan yuxarı şəxslərə... - (Video)
-
“Ürəyim yeniyetmə qızlar kimi döyünür” - 4-cü dəfə ərə gedən türk aktrisa - (Video)





