Çətənə yağı unikal tərkibə malik olan yağlardandır. Çətənə yağının bioloji qiyməti misilsizdir. Bu yağın faydalı təsiri çox böyük olmasına baxmayaraq o, istifadəsi unudulmuş yağlardandır. Belə ki, son illər bu yağdan demək olar ki, istifadə edilmir. Bunun səbəbi isə çətənə kollarının yetişməsinə icazə verilməməsidir. Çətənə yağı nadir hallarda əldə oluna bilən yağlardandır. Çətənə yağının tərkibi doymamış yağ turşuları və doymamış turşularla zəngindir. Soyuq sıxılma yolu ilə əldə edilmiş çətənə yağı öz tərkibindəki kimyəvi maddələrin tərkibini itirmir. Onun tərkibində linolen, olein, stearin, palmit, A, B qrup, K vitaminləri, aminturşuları və mikroelementlər var. Çətənə yağının tərkibində olanlar orqanizmə xərçəng əleyhinə təsir bağışlayır. Çətənə yağının bir çox xəstəliklərin müalicə və profilaktikasında rolu böyükdür. O orqanizmə aşağıdakı təsirlərə səbəb olur.
Ürək-damar sistemi
Çətənə yağının tərkibində olan Omeqa3 və Omeqa6 yağı olduğuna görə o qanda və qan damarlarında olan xolesterinin miqadarını azaldır, damarlarda olan şlakları təmizləyir və qan dövranının yaxşılaşmasına səbəb olur. Onun tərkibində olan E, C, B6 vitaminləri, kalium, maqnium, marqanes, ürək əzələsini və ürək damarlarını möhkəmləndirir. Davamlı olaraq çətənə yağından istifadə etmək atereskleroz əlamətlərini azaldır, işemik xəstəliklərin, tromboflebitin, varikozun, insultun , infarktın əmələ gəlməsinin qarşısını alır.
Qan dövranı sistemi
Çətənə yağının tərkibində olan xlorofill, sink, dəmir və s. minerallar qan hüceyrələrinin sintezində mühüm rol oynayır. Anemiya zamanı çətənə yağından istifadə etməkdə fayda var.
Tənəffüs sistemi
Astma və tənəffüs sisteminin infeksiya xəstəlikləri zamanı çətənə yağından istifadə eləmək orqanizmə müalicəvi təsir göstərir. Onun müalicəvi təsirlərinin olması XX əsrin 90-cı illərində öz təsdiqini tapıb. Bronxit, pnevmoniya, yuxarı tənəffüs yollarının kataral xəstəlikləri, bronxektaziya, vərəm, astma və pnevmoniya xəstəlikləri zamanı çətənə yağından istifadə etmək xəstəlik əlamətlərinin azalmasına səbəb olur.
Həzm sistemi
Davamlı olaraq çətənə yağından istifadə etmək həzm sisteminin normallaşmasına səbəb olur. Onun yüngül sakitləşdirici, ağrıkəsici, iltihab əleyhinə, yarasağaldıcı qabiliyyətə malik olması həzm sisteminə müsbət təsir bağışlayır. Ondan istifadə eləmək kolit, enterekolit, babasil, xolisistit əlamətlərinin azalmasına səbəb olur. O bağırsaqların yaxşı işləməsinə və qəbizliyin aradab qalxmasına səbəb olur.
Dəri.
Dəridə əmələ gələn yaraların tez sağalması üçün çətənə yağı ilə kompres qoyduqda xəstəlik əlamətləri aradan qalxır. Çətənə yağı dəridə olan səpgilərin, iltihabi xəstəliklərin, qızartıların, sıyrıqların sağalmasını sürətləndirir.
Hərəkət-dayaq sistemi
Çətənə yağının tərkibində olan alfa-linolin yağı orqanizm tərəfindən kalsiumun sorulmasını sürətləndirir və sümüklərin bərkiməsinə, osteoporozun aradan qalxmasına, artroz, artrit əlamətlərinin azalmasına səbəb olur. Sümük sınmaları zamanı çətənə yağından istifadə etmək sınan nahiyələrin tez bir zamanda bitişməsinə səbəb olur. Çətənə yağı maddələr mübadiləsinin yaxşılaşmasına, sidik sistemi üzvləri xəstəliklərinin sağalmasına, immunitetin yüksəlməsinə səbəb olur.
Çətənə yağı qadınlarda klimateriya əlamətlərinin azalmasına və aybaşıönü əlamətlərin aradan qalxmasına səbəb olur. Ondan istifadə eləmək mastopatiya əlamətlərinin azalmasına və aradan qalxmasına səbəb olur.
Çətənə yağından davamlı olaraq istifadə etmək kişilərdə cinsi fəaliyyətin yüksəlməsinə səbəb olur. Bu kişilərdə prostat vəzi xəstəliklərinin əmələ gəlməsinin qarşısını alır.
Yağın istifadə edilmə qaydası
Çətənə yağının müalicəvi faydasının görmək üçün onu gündə 2-3 dəfə 1 çay qaşığı olmaq şərti ilə yeməkdən sonra qəbul etmək lazımdır. Bu qayda ilə yağdan istifadə edildikdə 2-3 həftə ərzində onun müalicəvi faydasını görmək mümkün olur. İmmuniteti yüksəltmək üçün 3 həftə bu qayda ilə çətənə yağı içmək lazımdır.
Babasil xəstəliyində pambıq tamponu çətənə yağına batırıb düz bağırsağa qoymaq və gecə boyu saxlamaq lazımdır. Dəridə kəsiklər və ya sıyrıntılar olduqda çətənə yağını yara yerinə sürtüb bağlamaq lazımdır.
Qızılca və məxmərək zamanı çətənə yağını dəridəki qızartıların üstünə kompres şəklində qoymaq lazımdır.
Radikulit tutmaları zamanı belin ağrıyan hissəsinə çətənə yağı sürtmək lazımdır.
Qəbizlik zamanı çətənə yağı əlavə edilmiş ilıq su ilə imalə etmək bağlırsaqların boşalmasını sürətləndirir.
Kosmetologiiyada istifadəsi
Kosmetologiyada çətənə yağının qidalandırıcı və regenerasiyaedici xüsusiyyətlərindən istifadə edilir. O dərinin dərin qatlarına nüfuz etmək qabiliyyətinə malikdir. Onu dəriyə sürtdükdə dəialtı kapilyarların fəaliyyətini yaxşılaşdırır, damar divarlarını möhkəmləndirir. Onu quru saçlara və quru dəriyə tətbiq etdikdə onların strukturu normallaşır və yağlılıq əlamətləri aradan qalxır.
Çətənə yağının zərərli xüsusiyyətləri
Psixoloji narahatçılığı və əsəb sistemində çatışmazlıqları olanlara çətənə yağından istifadə edərkən həkimlə məsləhətləşmələri lazımdır.
Milli.Az
Maraqlı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Çətənə yağının faydaları
19 Sentyabr 2020 23:15
Baxış: 1 480
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
DİGƏR XƏBƏRLƏR
-
İsrailin şimalına raket hücumu: Onlarla yaralı var - VİDEO
-
"Fənərbağça"nın ulduzu GEDİR
-
Havay vulkanı püskürdü - 400 metr hündürlüyə çatdı - VİDEO
-
Bakıda 93 yaşlı kişi 42 yaşlı qadınla evləndi - VİDEO
-
Qəzada ölən müğənninin qızı ilə GÖRÜNTÜLƏRİ - VİDEO
-
Süni intellektlə fotolar düzəldib qadınları şantaj edən şəxs həbs olundu - VİDEO
XƏBƏR LENTİ
-
İsrailin şimalına raket hücumu: Onlarla yaralı var - VİDEO
-
Bakıda avtobuslarda yeni QİYMƏTLƏR - FOTO
-
Həcc ziyarətinə qeydiyyat nə vaxtadək davam edəcək?
-
Netanyahu: İran əvvəlki kimi deyil, güc balansı dəyişib
-
Milli Məclisin nümayəndə heyəti Latviya Seyminin sədri ilə görüşüb - FOTO
-
"Fənərbağça"nın ulduzu GEDİR
-
Havay vulkanı püskürdü - 400 metr hündürlüyə çatdı - VİDEO
-
Universitetlər Bakıdan hara KÖÇÜRÜLƏCƏK?
-
Bakıda 93 yaşlı kişi 42 yaşlı qadınla evləndi - VİDEO
-
bp və TLM Azərbaycan kino ensiklopediyasını təqdim etdi - FOTO
-
Qəzada ölən müğənninin qızı ilə GÖRÜNTÜLƏRİ - VİDEO
-
İlber Ortaylı vəfat etdi
-
Beynəlxalq Muğam Mərkəzində kamança gecəsi - FOTO
-
Tədqiqatçı-alim Gülər Zeynalova ABŞ və Böyük Britaniyanın nüfuzlu elmi cəmiyyətlərinə üzv seçilib - FOTO
-
Kapital Bank-dan Novruz fürsəti: nağd kreditlərə 6%-dək endirim
-
Estetik əməliyyatdan sonra bədəni deformasiyaya uğradı - Nazirlikdən REAKSİYA
-
Ziraat Bank Azərbaycan istehlak kreditlərində bahar kampaniyasını təqdim edir
-
Süni intellektlə fotolar düzəldib qadınları şantaj edən şəxs həbs olundu - VİDEO
-
Mərhum nazirin nəvəsi Eyfelin önündə mahnı oxudu – VİDEO
-
İran ABŞ-a xəbərdarlıq etdi
-
Bu müəllimlərə əlavə 500 manat veriləcək - ƏMR
-
Kəmalə Günəşliyə cavab verdi: “Sən kimsən ki…”
-
MN: Qardaş Türkiyənin ərazisinə qarşı növbəti raket buraxılışını qətiyyətlə pisləyirik
-
Milli Məclis hökumətin hesabatını qəbul etdi





