Maraqlı

Kriptokokkoz nədir?

10 Sentyabr 2020 21:05
Baxış: 1 626
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kriptokokkoz - mərkəzi sinir sistemini, bəzən ağciyərləri, dərini və selikli qişaları zədələyən dərin mikozlara aid xəstəlikdir.
Xəstəliyi törədən göbələk mikrobları xarici mühitdə, müxtəlif ərzaq məhsullarında, atmosfer havasında olur. Kriptokokkozlar ilkin xəsarəti ağciyərlərdə və limfa vəzilərində əmələ gətirirlər. Xəstənin müqaviməti aşağı olarsa, kriptokokkoz ilk növbədə meningit törədir. Xəstəliyin gedişi ağır olarsa 10-25% hallarda ölüm baş verir.
Xəstələrdə süstlük kimi əlamətlər baş verir. Xəstələrdə gecə tərləməsi, sufebril qızdırma, öskürək, selıkli, bəzən qanlı  bəlğəm ifrazı ilə gedir. Az hallarda klassik bronxopnevmoniya inkişaf edir. Dəridə və selikli qişalarda dəyişikliklər məhdud və yayılmış olur. Dəridə akneyəbənzər, burunun selikli qişasında xoralı - nekrotik zədələnmər tapılır. Göbələk kriptokokkemiya - hepatit, pielonefrit, miokardit, peritonit, splenit və s. iltihabi xəstəliklər törədir.
DİOQNOZU: Kriptokokkları və onun antigenini qandan, sidikdən, yaxmadan, bioplatlardan tapmaq olur. Biokimyəvi və morfoloji müayinələrin nəticələri diaqnozun qoyulmasında böyük rol oynayır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.