Maraqlı

Qurani-Kərim dağa nazil olsaydı, dağ parça-parça olardı...

12 Sentyabr 2020 21:55
Baxış: 837
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Əgər Biz bu Qur'anı bir dağa nazil etsəydik, mütləq onun Allah qorxusundan zəlil olub kiçildiyini və parçalandığını görərdin. Və bu məsəlləri insanlar üçün çəkirik ki, bəlkə fikirləşələr".("Həşr" 21).

Bu ayə insana Quranın əzəmətini başa salmaq üçün misal çəkir və buyurur ki, əgər dağın dərk qüvvəsi olsaydı və Quran ayələri ona nazil olsaydı titrəyib, dağılardı. Quranın əzəmətinə tab gətirə bilməzdi.

Ancaq bəzi insanların qəlbi o qədər daşlaşmışdır ki, Quran ayələrini eşitməklərinə baxmayaraq,onlara heç bir təsir qoymur. (Həvzəh)

Qurani-Məcid - Allahın kəlam kitabıdır. Qüdrətli bir Varlıqdan zəif bəndələr üçün yerə enmişdir. Ona görə də güclü təsir qüvvəsinə malikdir. Öz təsiri ilə dağıda və yandıra bilir. Ona görə də bu vəhyi insanlara çatdırmaq üçün mütləq vasitə olmalıdır ki, bu vasitə də Peyğəmbər (s) olmuşdur.

Bu ayədə Quranın iki təsirindən söz açılmışdır:

1. Qarşı tərəfi itaətkar edər.

2. Nüfuz edib, Allah xofunu ötürər.

Əgər tarixə nəzər salsaq, Quran ayələrinin müxtəlif insanlara fövqəladə təsirinin şahidi olarıq. Bəzən bir Quran ayəsini eşitmək insan taleyini tamamilə dəyişdirmişdir və çox sayda günahkar haqq yoluna qayıtmışdır.

Quranın çəkdiyi məsəllər insan təfəkkürünə təsir qoyur və onu hidayət edir. Əgər onlar barəsində düşünsək, həqiqət və hədəflərimizi dərk edərik.

Bu mübarək Quran ayəsindən çıxartdığımız nəticələr:

1. Quranın təsir qüvvəsi böyükdür.

2. O kəslərin ki, qəlbi daşdandır, Quran ayələri onlara təsir etmir.

3. Quran ayələri insanı müti və Allahdan çəkinən edir.

4. Quranın məsəlləri barəsində düşünək ki, həqiqətə çataq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.