Maraqlı

PUBG Mobile və Baidu kimi tətbiqlər Hindistanda bloklanıb

8 Sentyabr 2020 20:15
Baxış: 931
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hindistanda 118 tətbiq bloklanıb. Hindistan hökumətinin fikrincə bloklanmış tətbiqlər ölkənin milli təhlükəsizliyi üçün ciddi təhlükə mənbəyi kimi çıxış edirlər. Bloklanmış tətbiqlər arasında PUBG Mobile, VPN for TikTok və Baidu kimi tətbiqlər mövcuddur. Bu barədə Techcrunch saytı xəbər verib. Qeyd etmək lazımdır ki, PUBG Mobile oyununun Hindistandakı aylıq istifadəçi kütləsi 40 milyon insandır. İyun ayında Hindistanda TikTok, WeChat və Weibo da daxil olmaqla Çindən olan 59 tətbiq bloklanmışdı.

Həmin vaxtda da Hindistan hökuməti bildirmişdi ki, bloklanmış tətbiqlər ölkənin milli təhlükəsizliyi üçün potensial təhlükə mənbəyi qismində çıxış edirlər. Hindistan isə TikTok-un ən böyük bazarlarından biridir. Hökumət bu cür qərarları Çin və Hindistan arasında olan siyasi fikir ayrılıqlarının fonunda qəbul edib. Çinin Alibaba şirkəti Hindistan şirkətlərinə minimum 6 ay ərzində investisiyaları dayandırıb. Reuters saytının məlumatına əsasən 2015-ci ildən Alibaba-nın investisiya qrupu Hindistandakı startaplara ümumilikdə 2 milyard dollar investisiya yatırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.