Maraqlı

“MediaTek” qabaqcıl “Dimensity 1000C” mobil “5G” platformasını təqdim edib

5 Sentyabr 2020 08:55
Baxış: 1 112
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"MediaTek" şirkəti beşinci nəsil şəbəkələrini dəstəkləyən qabaqcıl "Dimensity 1000C" mobil prosessorunu elan edib. Yeni prosessor beynəlxalq bazara hədəflənib və "Dimensity 1000" modelinin dəyişdirilmiş versiyasıdır.
 
"ICTnews" Elektron Xəbər Xidməti "4pda.ru" saytına istinadən yazır ki, 7 nm-lik texnoloji proses üzrə işlənib hazırlanmış "Dimensity 1000C"  prosessoru inteqrasiya edilmiş "5G" modemə malikdir. Onun arxitekturası 2,0 QHs takt tezliyində işləyən 4 ədəd məhsuldar "Cortex-A77" nüvəsi və 4 ədəd enerji cəhətdən səmərəli "Cortex-A55" nüvəsinə malikdir. "GPU ARM Mali-G57" qrafik kartı prosessorun qrafik imkanlarını təmin edir.
 
"Dimensity 1000C" prosessoruna maksimal məhsuldarlığın təmini məqsədilə təsvirlərin işlənməsinə və sistemin işinin intellektual planlaşdırılmasına cavabdeh olan üç süni intellekt soprosessorundan ibarət kombinə edilmiş neyron blok inteqrasiya edilib. Yenilik, həmçinin "Netflix" platforması üçün "AV1 HDR" kodekini, "YouTube" üçün isə "AV1" kodekini, qurğunun səslə aktivləşdirilməsi üçün "Dual Voice Wake Up" funksiyasını dəstəkləyir və iki displeyli smartfonlarda düzgün işləyir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.