Maraqlı

Əfsanəvi “iPod” köhnəlmiş hesab ediləcək

5 Sentyabr 2020 08:15
Baxış: 827
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Apple" şirkəti bir neçə pleyer modelini köhnəlmiş elan edəcək. Bu barədə "MacRumors" nəşrinin məlumatında deyilir.
 
Milli.Az ictnews.az-a istinadən bildirir ki, şirkətdəki mənbələrin məlumatına görə, yeddinci nəsil "iPod nano" sentyabrın 30-da rəsmən köhnəlmiş elan olunacaq. "Apple" şirkətinin qaydalarına əsasən, 5-7 il satışa çıxarılmayan məhsul köhnəlmiş hesab edilir. Əfsanəvi kompakt pleyerin yeddinci nəsli 2015-ci ilin ortalarında təqdim edilib.
 
Qaydalara uyğun olaraq "Apple" tərəfindən istifadəçilərə köhnəlmiş texnika ilə bağlı məsələlərdə dəstək dayandırılacaq. Bundan başqa, şirkətin servisləri ehtiyat detallar olmadığı halda qurğuların təmirindən imtina edə bilərlər. "iPod nano" ilə yanaşı, 2012-ci ilin oktyabrında buraxılan beşinci nəsil "iPod Touch" köhnəlmiş hesab olunacaq.
 
Jurnalistlər xatırladıb ki, ilk "iPod nano" 2005-ci ilin sentyabrında pleyerin klassik versiyasının alternativi kimi təqdim olunub. Qurğu düzbucaqlı formaya, ekran və sensor çarxlı idarəetməyə malik olub. Qurğunun son iterasiyası (təkrarı) rəngli sensor ekran və "iPhone" smartfonu üslubunda "Home" düyməsi ilə təchiz olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.