Maraqlı

Yaponlar niyə çox yaşayırlar? - Səbəbi açıqlandı

27 Avqust 2020 23:05
Baxış: 3 436
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yaponiya sakinlərinin başqa millətlərə nisbətən daha uzun ömür sürmələrinin səbəbi gündəlik yeməklərində balıq və dəniz məhsullarının, habelə bitkilərin üstünlük təşkil etməsi, şəkərli içkilərin isə yox dərəcəsində olmasıdır.

Milli.Az medicina.az-a istinadən bildirir ki, bu barədə Yaponiya Milli Xərçəng Tədqiqatları Mərkəzi yanında İctimai Səhiyyə Elmləri Mərkəzinin direktoru Şoiçiro Tsuqane bildirib.

Onun sözlərinə görə, sadalanan hər məhsul bir çox ciddi xəstəliyə yoluxma ehtimalını xeyli azaldır.

O, həmçinin qıcqırmış paxlaların da xərçəng riskini azaldaraq ürək damar xəstəliklərinin qarşısını aldığını diqqətə çatdırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.