Maraqlı

620 at gücünə sahib Porsche Panamera Turbo S təqdim olunacaq

29 Avqust 2020 23:40
Baxış: 1 533
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Porsche gələn il təqdim olunacaq avtomobillər üçün uzun müddətdir çalışır. Bu avtomobillərdən biri 100 km/saat sürətə 3 saniyədə çata bilən 2021 Porsche Panamera Turbo S olacaq.

Milli.Az ted.az-a istinadən bildirir ki, cüt turbolu, 4,0 litrlik V8 mühərrikinə malik avtomobil 620 at gücünə sahibdir və 820 Nm fırlanma anı istehsal edə bilər. Başqa sözlə, əvvəlki nəsildən 70 at gücü və 50 Nm daha güclü mühərrik görürük.

Porsche bu seriyada ilk dəfə Panamera 4S E-Hybrid modelini təqdim edir. Plug-in elektrik modeli 2.9 litrlik cüt turbo V6 mühərrikini elektrik mühərriki ilə birləşdirir. Nəticədə avtomobilin mühərriki 552 at gücünə və 750 Nm fırlanma anına çatmağı bacarır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.