Maraqlı

Ən yaxşı SSD istehsalçıları bəlli olub

27 Avqust 2020 21:45
Baxış: 806
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Trendfocus" analitik şirkəti 2020-ci ilin ikinci rübü üzrə ən yaxşı "SSD" istehsalçılarının adını açıqlayıb. Sərtgövdəli daşıyıcılar bazarında iki lider var.
 
Milli.Az ictnews.az-a istinadən bildirir ki, ümumilikdə 2020-ci ilin birinci rübü ilə müqayisədə sərtgövdəli daşıyıcların satış həcmində yüksək artım qeydə alınmayıb. Aprel, may və iyun aylarında təxminən 81,3 milyon SSD tədarük edilib.
 
"Samsung" və "WDC" (Western Digital Corporation) şirkətləri sərtgövdəli daşıyıcılar bazarında lider olublar. Cənubi Koreya şirkətinin bazar payı 24,6%, ikinci şirkətdə isə 21,2% təşkil edir. Bu şirkətlərin birgə bazar payı təxminən 50%-ə yaxındır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.